BolgeXeber.Com » Gündəm » ŞƏHİDLƏRİN MƏZARINDA NÖVBƏTİ İZDİHAM-FOTO

ŞƏHİDLƏRİN MƏZARINDA NÖVBƏTİ İZDİHAM-FOTO

14-11-2010, 19:10
Oxunub: 6 487 Noyabrın 13-ü hərbçilərin dəfn olunmasından yeddi gün keçir

Bolgexeber.com-un müxbirinin verdiyi məlumata görə, noyabrın 13-də Azərbaycanın cənub rayonlarından Bakıya avtomobillərlə yürüş olub. Əsasən dindarların təşkil etdiyi yürüş milli qəhrəmanlar - Mübariz İbrahimovla Fərid Əhmədovun xatirəsinə həsr olunub. 50-dən çox avtombil karvanı Bibi Heybət məscidindən İkinci Fəxri Xiyabana tərəf hərəkət edib. Ölkənin Sumqayıt, Cəlilabad, Lənkəran, Masallı, Astara, Göytəpə, Xaçmaz, Biləsuvar və digər rayonundan olan inanclılar şəhidlərin pak məzarlaına gül dəstələri qoyub, dualar ediblər. Aksiya milli qəhrəmanların dəfn olunduğu Bakıdakı İkinci Fəxri Xiyabanda davam edib. Noyabrın 13-ü onların dəfninin yeddinci günü tamam olur.

Qeyd edək ki, Mübariz İbrahimov 2010-cu il iyunun 19-da şəhid olub. Ermənistan onun meyitini dörd ay yarımdan sonra noyabrın 6-da Azərbaycana qaytarıb. Fərid Əhmədov isə sentyabrın 4-də Tərtər rayonunun cəbhə xəttində şəhid olub.