BolgeXeber.Com » Bölgə » Tərtərlilər Milli Qurtuluş Gününü qeyd etdilər-FOTOLAR

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd etdilər-FOTOLAR

15-06-2016, 11:56
Oxunub: 3 747 Tərtərlilər Milli Qurtuluş Gününü qeyd etdilər-FOTOLAR15 iyun Milli Qurtuluş Günü münasibəti ilə umumrayon tədbiri keçirilmişdir

Bolgexeber.com xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Umummilli liderin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik etmiş, Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu vurğulamışdır. Rayon rəhbəri qeyd etmişdir ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Ölkəyə rəhbərlik edənlər Heydər Əliyevin xalqa rəhbərliyinin qarşısını kəsirdi. Ona qarşı müxtəlif təxribatlar törədilir və böhtanlar atılırdı. Nəticədə isə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə təhlükə yaranırdı. Azərbaycanda erməni təcavüzünə və saysız-hesabsız təxribatlara sinə gərən nüfuzlu şəxsiyyətə, liderə günbəgün, saatbasaat ehtiyac duyulurdu. Rəhbərlik Moskvanın diktəsi ilə işləyirdi. Belə bir çətin anda xalqımız öz liderinin-Heydər Əliyevin gəlişini həsrətlə gözləyirdi. Azərbaycanı düçar olduğu bəladan qurtarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. O dövrdə Heydər Əliyevlə bağlı ən adi informasiyalar hakimiyyət dairələrində narahatlıqla qarşılanırdı. Heydər Əliyevin Naxçıvandakı uğurlarına qısqanc münasibət bəslənirdi. Ayaz Mütəllibovun təslimçilik ruhu, hakimiyyəti uzun sürə bilməzdi. Azərbaycan üçün yeni-yeni torpaq itkisinə və Xocalı soyqırımına səbəb olan bu hakimiyyət gedərkən onun yerini Azərbaycan Xalq Cəbhəsi tutdu. Bu, heç nəyi dəyişdirmədi. Çox qısa zamanda Azərbaycanda hakimiyyət boşluğu, xaos və dövləti sarsıdan hadisələr bir-birini əvəz etməyə başladı. Ölkədə vəziyyət anbaan, günbəgün kəskinləşirdi. Azərbaycan Respublikası faktiki olaraq öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Bir tərəfdən ermənilər torpaqlarımızı işğal edir, digər tərəfdən ölkənin həm cənubunda, həm də şimalında separatçılar baş qaldırırdılar. Məqsəd aydın idi: Azərbaycanı parçalamaq və bir dövlət kimi tarixin səhifəsindən silmək. 1993-cü ilin iyununda Gəncədə baş verən hadisələr ölkəmizdə vətəndaş müharibəsinin başladığına işarə idi. Bu hadisələr AXC-Müsavat cütlüyünün bacarıqsızlığını, səriştəsizliyini göstərdi. Qardaş qanı axıdılarkən belə, nəticə çıxarılmadı, vətəndaş qarşıdurmasına yol verməmək üçün heç bir tədbir görülmədi. Cənub bölgəsinə Əlikram Hümbətovun qanunsuz hərəkətləri, şimalda separatçılıq meyllərinin güclənməsi ilə müşayət olunan vəziyyət daha da gərginləşməyə başladı. Hakimiyyətdə olanlar özləri dərk etdilər ki, Azərbaycan parçalanmaq və bir dövlət kimi məhv olmaq təhlükəsindədir. Ona görə də xalqın təkidli tələbi ilə Heydər Əliyevi Bakıya dəvət etdilər. Həmin gün Qurtuluş günü kimi xalqımızın yaddaşında hər zaman əbədi yaşayacaqdır.
Tarixi xilaskarlıq missiyasını öz üzərinə götürən Ümummilli lider həyatını təhlükə qarşısında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə çıxmaması üçün öz ağsaqqal sözünü dedi. Ulu öndərin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının qarşısını aldı.
Xaqlın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. O gündən insanlarda inam yarandı ki, faciələrdən, fəlakətlərdən, ölüm və qandan qurtulacaqlar. Bu, doğrudan da milli qurtuluş idi.
Sonra rayon prokuroru Azər Hətəmov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Tərtər şəhər 5 saylı tam orta məktəbinin tarix müəllimi Nigar Vəliyeva çıxış etmişlər. Çıxışçılar dahi şəxsiyyət olan Ulu Öndərin xalqın xilaskarı, lideri olduğunu qeyd etmiş, onun hakimiyyətə gəlişilə ölkədə hərc-məciliyə, xaosa, vətəndaş müharibəsi təhlükəsinə son qoyulduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, onun memarıdır.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş gənclərə vəsiqələr təqdim edilmişdir.
Sonra tədbir “Heydər park”ında rayon mədəniyyət evinin “Tərtər” xalq çalğı alətləri ansamblının konsert proqramı ilə davam etmişdir.
Tərtərlilər Milli Qurtuluş Gününü qeyd etdilər-FOTOLAR
Tərtərlilər Milli Qurtuluş Gününü qeyd etdilər-FOTOLAR
Tərtərlilər Milli Qurtuluş Gününü qeyd etdilər-FOTOLAR
Tərtərlilər Milli Qurtuluş Gününü qeyd etdilər-FOTOLAR
Tərtərlilər Milli Qurtuluş Gününü qeyd etdilər-FOTOLAR
Tərtərlilər Milli Qurtuluş Gününü qeyd etdilər-FOTOLAR
Tərtərlilər Milli Qurtuluş Gününü qeyd etdilər-FOTOLAR
Tərtərlilər Milli Qurtuluş Gününü qeyd etdilər-FOTOLAR
Tərtərlilər Milli Qurtuluş Gününü qeyd etdilər-FOTOLAR
Tərtərlilər Milli Qurtuluş Gününü qeyd etdilər-FOTOLAR
Tərtərlilər Milli Qurtuluş Gününü qeyd etdilər-FOTOLAR