BolgeXeber.Com » Sosial » Prokurorluq İmişlidəki həbslərlə bağlı xəbər yaydı

Prokurorluq İmişlidəki həbslərlə bağlı xəbər yaydı

14-07-2012, 09:25
Oxunub: 4 753 Respublika Baş Prokurorluğu İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin

vəzifəli şəxsləri barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmərindən Bolgexeber.com-a daxil olan məlumatda deyilir ki, korrupsiya şəbəkəsi yaratmaqla uzun müddət dövlət büdcəsindən ayrılmış külli

miqdarda ünvanlı sosial yardım vəsaitlərini mənimsəmə yolu ilə talamaqla məşğul

olan İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin

korrupsiya əməlləri ifşa edilib. Belə ki, İmişli rayon sakininin Baş prokuror yanında

Korrupsiyaya qarşı mübarizə idarəsində fəaliyyət göstərən “161-Qaynar xətt”

əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə aparılmış araşdırmalarla müəyyən

edilib ki, İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları sosial

yardım alan şəxslərin bank kartlarını özlərində saxlayaraq şəxsən və digər şəxslər

vasitəsilə aylıq ödənişlərin bankomatlardan çıxarılmasını təşkil edərək külli

miqdarda özgə əmlakını mənimsəyiblər.

2011-ci ilin sentyabrından 2012-ci ilin may ayınadək olan dövr ərzində keçirilmiş

əməliyyat tədbirləri ilə “KapitalBank”ın İmişli rayonunda quraşdırılmış

bankomatların kamera görüntüləri əldə olunub. Müəyyən edilib ki, 30-dan artıq

şəxs, o cümlədən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları digər

şəxslərə məxsus 3000-dən çox, bir sıra hallarda isə vəfat etmiş, yaxud ümumiyyətlə

mövcud olmayan şəxslərin adlarına açılmış bank kartlarından istifadə edib və

ayrılan külli miqdarda ünvanlı sosial yardım pullarını mənimsəyiblər.

Məhkəmənin müvafiq qərarı əsasında rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin

inzibati binasında, həmçinin mərkəzin əməkdaşlarının yaşayış evlərində axtarış

tədbirləri keçirilərkən mərkəzin baş mühasibi Fuad Qarayev və digərlərindən

rayon sakinlərinə məxsus, əksəriyyətinin üzərində məxfi kod nişanları qeyd

olunmuş 817 ədəd sosial yardım alınması üçün istifadə olunan bank kartları aşkar edilərək götürülüb.

Fakta görə dələduzluq və vəzifədən sui-istifadəyə görə cinayət məsuliyyəti nəzərdə

tutan Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə başlanmış cinayət

işi üzrə mərkəzin direktoru Xəlilov Nazim Əfsər oğlu, mərkəzin baş mühasibi

Qarayev Fuad Səhliyalı oğlu, mərkəzin əməkdaşı Xəmmədov Nizami Əlimusa oğlu

və rayon sakini Əliyev Ramil Ramiz oğlu təqsirləndirilən şəxs qismində cəlb

edilməklə həmin maddələrlə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı

ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə cinayətin bütün iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb

edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.