BolgeXeber.Com » Şou-Biznes » Telli Borçalının özündən 17 yaş kiçik sevgilisinin kimliyi bilindi - FOTOLAR

Telli Borçalının özündən 17 yaş kiçik sevgilisinin kimliyi bilindi - FOTOLAR

15-06-2016, 13:55
Oxunub: 49 283 Telli Borçalının özündən 17 yaş kiçik sevgilisinin kimliyi bilindi - FOTOLARTelli Borçalı 17 yaş kiçik sevgilisinin valideynlərini hədələyibmiş?

Xəbər verdiyimiz kimi, Aşıq Telli Borçalının özündən 17 yaş kiçik sevgilisi ortaya çıxıb. Big.az saytı cütlüyün özəl olaraq birgə görüntüsünü də əldə edib. Telli Borçalının ailə qurmağa hazırlaşdığı Ariz Hüseynov tez-tez efirə çıxan məşhurlar siyahısındadır.
Qeyd edək ki, cütlüyün sevgili olması xəbərini ilk dəfə ölke.az saytı yayımlayıb.
Xatırladaq ki, A.Hüseynov həm də AzTV-də keçirilən muğam müsabiqəsinin laureantıdır.Ötən gün ölkə.az-ın aşıq Telli Borçalı (əsl adı Telzadə Qurbanova - İ.V.) və özündən 17 yaş kiçik sevgilisi Ariz Hüseynov haqda xəbər sosial şəbəkələrdə və mətbuatda ajiotaja səbəb olub.

Bu gün redaksiyaya sözügedən məsələ ilə bağlı daha bir maraqlı informasiya daxil olub.Bolgexeber.com sözügedən sayta istinadən bildirir ki, adının çəkilməsini istəməyən mənbə bildirib ki, Arizin valideynləri bir müddət öncə onu evləndirmək istəyirmişlər, hətta elçiliyə getmək də planlaşdırılıbmış. Lakin son anda Telli Borçalı buna mane olub:

"Arizin valideynləri elçi getmək istəyirdilər. Xəbər gəlib Telliyə çatanda Arizin valideynlərinə zəng vurub deyib ki, əgər belə bir şey etsəniz, oğlunuz üçün çox pis olacaq. Ondan sonra valideynlər oğullarına görə qorxub geri çəkiliblər. Telli Marneuli rayonunun Qasımlı kəndindəndir, Ariz də Borçalıdandır. Ona görə də bir-birlərini yaxşı tanıyırlar".

Mənbə aşıqla bağlı daha bir ilginc informasiya ötürüb. Ancaq indilikdə həmin informasiyanı tirajlamağı lazım bilmirik.

Xatırladaq ki, sənətçi cütlük artıq üç ildir bir yerdədirlər. Telli Borçalı 1969-cu ildə, Ariz Hüseynov isə 1986-cı ildə anadan olub.

Telli Borçalının özündən 17 yaş kiçik sevgilisinin kimliyi bilindi - FOTOLAR
Telli Borçalının özündən 17 yaş kiçik sevgilisinin kimliyi bilindi - FOTOLAR