"İstədiyim pulu versələr, yatağa girərəm" - Azərbaycanlı aktrisa
18-06-2016, 19:07
Oxunub: 13 556
Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının direktoru Müşfiq Hətəmovun "Açıq-saçıq rollara çəkilmədiyi üçün rejissorlar məcburiyyət qarşısında yerli filmlərdə çəkilmək üçün başqa ölkələrdən aktrisalar dəvət edir..." fikirləri gənc aktrisa Mələk Heydərovanı özündən çıxarıb
Bolgexeber.com xəbər verir ki, publika.az-a açıqlama verən aktrisa ittihamı qəbul etməyib:
"Bizim rejissorlar kənar yerdən gətirdikləri aktrisaya elə bir məbləğ təklif edirlər ki, həmin aktrisa istənilən səhnəni oynamağa razılıq verir. Amma bizim aktrisalara o səhnəni oynamaq təklifi qarşısında çox cüzi qonorar verirlər. Xaricdə seksual səhnələri oynadığı üçün aktrisa qınaq atəşinə tutulmur. Üstəgəl də bunun müqabilində yaxşı məbləğ alır. Film də dünyada uğur qazanır. Biz isə beş manat pul alırıq, üstəgəl də beş il də camaatın ağzında söz oluruq. Bizi ağ yuyub, qara sərirlər. Hələ bilmirik də ki, o film uğur gətirəcək ya yox. Lazım gələrsə, filmdə öpüşərəm də, yataq səhnəsinə də çəkilərəm. Amma baxır hansı məbləğə. 100 min versələr, filmdə öpüşərəm, milyon versələr, yatağa girərəm".
M.Heydərova onu da bildirib ki, seksual səhnələrin necə çəkilməsindən çox şey asılıdır: "Alen Delonun çəkildiyi bir film var, orada sevgilisinin əlcəyi yerə düşür. Aktyor onu elə ehtirasla yerdən qaldırır ki, ona baxan tamaşaçı ehtiraslanır. O səhnə yüz ilin ən seksual səhnəsi sayılırdı.
Yəni sözümün canı budur ki, rejissordan çox şey asılıdır. Öpüş, yataq, ümumiyyətlə, seksual səhnələri açıq-saçıqlıq olmadan da verə bilər".
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər