BolgeXeber.Com » Bölgə » Bərdədə “Fitnə” sənədli filminin nümayişi keçirilmişdir-FOTO

Bərdədə “Fitnə” sənədli filminin nümayişi keçirilmişdir-FOTO

20-06-2016, 19:07
Oxunub: 3 750 Bərdədə “Fitnə” sənədli filminin  nümayişi keçirilmişdir-FOTOFilmin nümayişində əsas məqsəd radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərini işıqlandırmaq olmuşdur

Bolgexeber.com xəbər verir ki,20 iyun 2016-cı il tarixdə Bərdə rayon İcra Hakimiyyətinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filminin nümayişi keçirilmişdir

Filmin nümayişində əsas məqsəd radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərini işıqlandırmaq olmuşdur.Nümayişdə rayonun fəal gəncləri iştirak etmişlər.
Nümayişdən öncə Bərdə rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Eldəniz Səfərov çıxış edərək radikalizmin yaranmasından,ona dəstək verən, respublikamızın inkişafına mane olmaq istəyən qüvvələrdən, dünyada və ölkəmizdə radikalizmlə aparılan mübarizədən danışdı.O, qeyd etdi ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi bütün dünya ictimaiyyətinə Azərbaycanın tolerant bir ölkə olmasını bir daha sübut etdi.
Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək tarixi İpək yolunda yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmasından, ölkəmizdə multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrilməsindən danışdı.O, qeyd etdi ki,müəyyən siyasi qüvvələrin dəstəyi ilə müxtəlif formada fəaliyyətdə olan radikalizmlə mübarizəni,biz gənclər, Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha da sıx birləşərək, yüksək vətənpərvərlik və vətəndaşlıq həmrəyliyi nümayiş etdirərək aparmalıyıq.
Sonra “Fitnə” sənədli filmi gənclərə nümayiş etdirildi.
Bərdədə “Fitnə” sənədli filminin  nümayişi keçirilmişdir-FOTO
Bərdədə “Fitnə” sənədli filminin  nümayişi keçirilmişdir-FOTO
Bərdədə “Fitnə” sənədli filminin  nümayişi keçirilmişdir-FOTO