BolgeXeber.Com » Bölgə » Ağsunu viranə qoyan SEYİD ƏLİ(yev) - ŞİKAYƏT VAR

Ağsunu viranə qoyan SEYİD ƏLİ(yev) - ŞİKAYƏT VAR

21-06-2016, 10:09
Oxunub: 4 443 Ağsunu viranə qoyan SEYİD ƏLİ(yev) - ŞİKAYƏT VARƏslən Ağsu rayonunun Pirhəsənli kəndindən olan icra başçısı Ənvər Seyidəliyevin nöqsanlı fəaliyyəti adıçəkilən rayonun sakinlərinin haqlı etirazına, ciddi narazılığına səbəb olur

Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la bölüşən məlumatlı şəxsin sözlərinə görə, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı ətrafına yığdığı yaxın adamları ilə birlikdə rayonun ən gəlirli sahələrini tam nəzarətində saxlayır. Belə ki, Ənvər Seyidəliyevin 1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışdığını, 1985-1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatıçı vəzifəsində, 1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri vəzifəsində, 2003-2007-ci illərdə isə «Azəryolservis» ASC-də idarə rəisi vəzifəsində işlədiyini qeyd edən mənbə bildirir ki, artıq 9 ilə yaxındır ki, o Ağsu rayonuna rəhbərlik edir. Və elə həmin vaxtdan etibarın adıçəkilən rayonun sakinləri üzləşdikləri problemlərlə bağlı müxtəlif kütləvi informasiya vasitələrinə, aidiyyəti qurumlara durmadan şikayət xarakterli müraciətlər ünvanlayırlar: «Deyilənlərə görə, Ənvər Seyidəliyevin rayon rəhbərliyinə gəlişindən sonra Ağsunun ən əlverişli, münbit torpaqları müxtəlif yollarla iş adamlarına, sahibkarlara satılıb. Bu işdə kənd bələdiyyə sədrləri icra hakimiyyətindən gələn tapşırıqlara əsasən hərəkət edib və nəticədə kəndlilərə çatmalı olan ərazilər, hətta pay torpaqları belə, imkanlı şəxslərin ixtiyarına verilib. Məhz bu səbəbdən də rayon ərazisində əkib becərməyə demək olar ki, boş torpaq sahəsi qalmayıb. Əkin-biçin yeri olmadıqda isə kəndlinin işi xeyli müşkülə düşür, məhsul almaq xeyli çətinləşir. Bu isə sonda üsusilikdə ölkənin kənd təsərrüfatına ciddi ziyan vurur, sözügedən sahənin geriləməsinə səbəb olur. Bunun günahı isə Ağsu rayon icra başçısındadır. Yəni Ənvər Seyidəliyev bilərəkdən və ya fərqinə varmadan nöqsanlı fəaliyyətilə ölkənin kənd təsərrüfatına sarsıdıcı zərbə endirmiş olur». İcra başçısının bacısı oğluna, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova arxalandığını vurğulayan məlumatlı şəxsin iddiasına görə, Ənvər Seyidəliyev rayonun bütün məsul rəhbər vəzifələrini, ən gəlirli sahələri qohumları, yaxın adamları arasında bölüşdürüb: «Deyilənlərə görə, rayonun əksər kəndlərində əhalinin sosial-məişət problemləri ildən ilə ağırlaşmaqdadır. Belə ki, bəzi kəndlərin sakinləri hələ də normal orta məktəb, xəstəxana, qaz, içməli su, yol, işıq, poçt üzünə həsrətdirlər. Sözsüz ki, mövcud durum həmin kəndlərin boşalmasına, əhalinin, əsasən də gənclərin paytaxta axışmasına səbəb olur. Hələ bu, harasıdır. Qeyd olunur ki, Ənvər Seyidəliyev icra başçısı təyin olunduqdan sonra Ağsunun 16 kəndinin sovet dövründə qurulmuş meliorasiya borularını 2-2, 5 metr dərinlikdən sökərək metallom kimi satıb. Nəticədə həmin kəndlərin torpaq sahələri susuzluqdan şoranlaşıb, əkin üçün yararsız hala düşüb. Onu da nəzərinizə çatdırım ki, bir müddət əvvəl rayon ərazisindəki vərəm dispanserinin ərazisi də müxtəlif şəxslər tərəfindən özəlləşdirildi. Bütün bunlar rayon sakinlərinin səbr kasasının daşmasına, mövcud olan narazı kütlənin daha da arqessivləşməsinə gətirib çıxarıb». Əldə etdiyimiz bilgilərdə o da deyilir ki, icra başçısının hazırda rayon ərazisində 200 hektardan bir qədər artıq torpaq sahəsi var və Ənvər Seyidəliyev hər il həmin əraziyə görə büdcədən subsidiya alır: «Deyilənlərə görə, icra başçısı tərəfindən 700 hektar torpaq sahəsi, Ağsu şəhərində və ona bitişik Navahı, Qaraməmmədli, Pirhəsənli, Ülgüc və Qaraqaşlı kəndlərində mənzil tikintisinə bələdiyyə adından satılıb və əldə edilən maliyyə vəsaitləri mənimsənilib. Bico kəndində 120 hektar torpaq sahəsi, Qaraməmmədli və Navahı kəndlərində isə 300 hektar torpaq sahəsi Ənvər Seyidəliyev tərəfindən hektarı 2100 manata alınıb. Torpaq alqısı hələ də davam etməkdədir. Qeyd edim ki, 2007-ci ildən, yəni Ənvər Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı postuna gəldiyi gündən bu yana dövlət büdcəsindən adıçəkilən rayonun abadlaşdırılmasına, müxtəlif infrastruktur işlərin görülməsinə ayrılmış milyonlarla vəsaitin böyük hissəsi təyinatdankənar istiqamətlərə sərf olunub. Deyilənlərə görə, icra başçısı həmin layihələrin əksəriyyətini özünə yaxın olan şirkətlərə həvalə edib». Bu arada, Ağsunun təhsil, səhiyyə şöbəsinin, maliyyə idarəsinin və digər qurumların fəaliyyətinin sakinlərin ciddi etirazlarına səbəb olduğunu qeyd edən mənbənin sözlərinə görə, az qala hər il yolların saxlanılmasına və təmirinə külli miqdarda vəsait ayrılsa da, rayon yolları sakinlərin ən böyük probleminə çevrilib: «Bildiyiniz kimi, Ağsu rayonuna dövlət büdcəsindən və prezidentin ehtiyat fondundan mütəmadi olaraq külli miqdarda vəsait ayrılır. Şübhəsiz həmin pullar rayonda abadlıq və quruculuq işlərinin aparılmasına, Ağsunun sosial-iqtisadi infrastrukturunun yaxşılaşdırılmasına xərclənməlidir. Lakin reallıqda həmin vəsaitlər tamam başqa istiqamətlərə yönəldilir».
\\gundelik-baku\\