BolgeXeber.Com » Gündəm » Sabirabadın icra başçısı görəvdən alınacaq? (VİDEO)

Sabirabadın icra başçısı görəvdən alınacaq? (VİDEO)

23-06-2016, 17:43
Oxunub: 3 080 Sabirabadın icra başçısı görəvdən alınacaq? (VİDEO)Bu gün əhalisinin məmur özbaşınalıqlarından daha çox əziyyət çəkdiyi bölgələrimizdən biri də Sabirabad rayonudur

BTV bildirir ki, rayon ictimaiyyətinin böyük əksəriyyəti bu kimi halların başında məhz Sabirabad RİH-nin başçısı Nazim İsmayılovun durduğunu təsdiq edirlər. Lakin bizə verilən məlumata görə artıq Nazim ismayılov yolun sonuna gəlib, çatıb.Belə ki,daim milyonları öz dəbdəbəsinə qurban verən,öz övladlarının,qohumlarının ehtiyaclarını ödəyən,sahibkaralardan aylıq “haqq”tələb edən və rayonda digər özbaşınalıqları ilə ad çıxaran icra başçısı Nazim İsmayılovun deyəsən öz “sevimli”kürsüsünə “əlvida”demək vaxtı çatıb.Onun dövlət büdcəsindən və Azərbaycanın xalıqından oğurladıqları pulların səs-sədası artıq yuxarılara gedib çıxıb və məhz buna görə də Nazim İsmayılovun görəvdən alınacağı istisna edilmir.
Dəfələrlə çəkilişlər üçün Sabirabad rayonunda olduğumuz zamanlar rayonda olan natəmizlik,abadlığın olmaması gözümüzdən yayınmayıb.Eləcə də dövlət atributlarından olan bayrağı da dəfələrlə cırılmış vəziyyətdə dalğalanan da görmüşük.
Qeyd edək ki, sakinlər həmçinin Nazim İsmayılovun rəvac verdiyi özbaşınalıqlar ucbatından bu gün rayonun daha çox təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin acınacaqlı bir durumda olduğunu da vurğulayırlar.
Mövzü diqqətimizdədir!
Bolgexeber.com