BolgeXeber.Com » Gündəm » Ağdam İH başçısı Raqub Məmmədovun Heydər Əliyev "sevgisi"-VİDEO

Ağdam İH başçısı Raqub Məmmədovun Heydər Əliyev "sevgisi"-VİDEO

23-06-2016, 17:04
Oxunub: 4 528 Ağdam İH başçısı Raqub Məmmədovun Heydər Əliyev "sevgisi"-VİDEORaqub Məmmədov icra başçısı seçildikdən sonra qardaşı Quzanlıda 3 mərtəbəli “Çay Evi” tikib

BTV bildirir ki, Ağdamın icra başçısı Quzanlı qəsəbəsində Heydər Əliyev prospektində təmir-abadlıq işləri aparmaq adı altında dövlət büdcəsindən böyük məbləğdə vəsaitlərin mənimsəməsi barədə iddialar var .Hər il abadlaşdırılması üçün böyük vəsaitlərin ayrıldığı bir çox xatirə yerləri bərbad vəziyyətdədir. Yəni faktiki olaraq bu yerləri abad saxlamaq uğrunda icra başçılarının apardıqları “yarış” daha çox dövlət vəsaitini mənimsəmə yarışıdır. Və yəqin ki, bu “yarışda” Ağdamın icra başçısı Raqub Məmmədov birinci yeri tutur. Çünki son iki ildə Ağdamın Quzanlı qəsəbəsindəki H.Əliyev prospektinə ayrılan vəsaitlərlə prospektin görünüşü arasında fantastik fərqlər var.Qeyd edək ki, 2014-cü ildə Quzanlı qəsəbəsinin H.Əliyev prospektində abalıq işlərinin aparılması üçün toplam 2.955.269 manat vəsait ayrılıb. Bu vəsaitin hara sərfə olunduğu tam olaraq bilinmir. Qəribədir ki, 2013-cü ildə Heydər Əliyev prospektində abadlıq işlərinin aparılması üçün 275 min manat sərf olunub. Raqub Məmmədov 2014-cü ildə icra başçısı postunda Nizami Sadıqovu əvəz etdikdən sonra bu məbləğ 10 dəfə artıb. Vəsailərin 10 dəfə artmasına baxmayaraq Raqub Məmmədovun gördüyü işlər kosmetik xarakterli olub. Yəni bir az söküb, bir az da tikib. Amma bizə məlumdur ki, ümumilikdə görülən işlər heç 150.000 manat etməyib.
Bizə verilən digər mənbə də isə bildirilir ki, Raqub Məmmədov icra başçısı seçildikdən sonra qardaşı Quzanlıda 3 mərtəbəli “Çay Evi” tikib. Digər bir məsələ…Ötən il Ağdam rayon Quzanlı qəsəbəsi daş evlər adlanan ərazidə məcburi köçkünlərin məskunlaşdığı yaşayış evlərinin təmiri üçün 115000 min manat sərf olunub. 2014-cü ildə isə həmin evlərin təmiri üçün 113750 manat sərf olunub. Amma nə 2014-cü ildə, nə də 2015-ci ildə həmin yaşayış evlərində heç bir təmir işləri aparılmayıb.
Fotolar Quzanlı qəsəbəsinin H.Əliyev prospektindən çəkilib. İndi siz qərar verin, bu yerlər son iki ildə 3 milyon 300 min manat dəyərində abadlaşdırılana oxşayırmı?
Bolgexeber.com