Referendum: Britaniyalılar Avropa İttifaqına "Yox" dedi-VİDEO
24-06-2016, 10:55
Oxunub: 3 026
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasının tərəfdarları 16.7 milyonluq səs baryerini keçərək referendumda qalib gəliblər
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ümumilikdə Aİ-dan çıxmaq istəyənlər səsvermədə iştirak edənlərin 52 faizini, qalmağın tərəfdarları isə 48 faiz təşkil edib.
Seçici fəallığı 72,1 faiz olub.
Böyük Britaniyanın Aİ-dən çıxmasının tərəfdarları - Brexit adlı qrup Böyük Britaniyanın Aİ-yə 1973-cü ildə qəbul olunmasından sonra siyasi partiyalar, müdafiə qrupları və müxtəlif şəxslər tərəfindən yaradılıb.
İlk dəfə 1975-ci ildə ölkənin o vaxt Avropa İqtisadi İcması adlandırılan Aİ-dən çıxması barədə referendum keçirilib, lakin səsvermə ölkənin təşkilatda qalması ilə nəticələnib.
2015-ci ildə ölkədə Mühafizəkarlar Partiyası ümumi seçkilərdə qalib olub və referendum yenidən gündəmə gəlib. Ardınca “Avropa İttifaqı Referendum aktı 2015” parlamentə təqdim olunub, növbəti referendumun keçirilməsi il bağlı qərar qəbul edilib.
Aİ-nin tərkibindən çıxmaq hüququ Aİ Sazişinin 50-cı maddəsində göstərilir. Ölkədə hökumət və baş nazirin referendumun nəticələrini qəbul etməmək hüququ var.
2016-cı il iyunun 23-də keçirilmiş referendumda səsvermənin nəticəsi Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı başlanğıc mərhələdir. Bu prosedur 2007-ci ildə imzalanmış “Lissabon razılaşması” ilə tənzimlənir. Yaxın 2 ildə rəsmi London bütün üzv ölkələrlə təşkilatdan çıxmağın tənzimlənməsi ilə bağlı danışıqlar aparmalıdır. Ekspertlərin fikrincə, Aİ prosesin uzanması üçün əlindən gələni edəcək.
Hazırda Birləşmiş Krallığın parlamentinə üzvlüyə alternativ olan və Aİ-nin daxili bazarına çıxışa imkan verən sənədlər təqdim olunub. Sənədlərə Avropa Azad Ticarət Zonasının üzvü kimi Avropa İqtisadi Zonasında qalmaq və Aİ ərazisində sərbəst hərəkət etmək imkanlarının nəzərdən keçirilməsi daxildir.
Britaniya Aİ-nin Şengen zonasına daxil olmayan 6 Avropa ölkəsindən biridir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər