BolgeXeber.Com » Gündəm » Malik Vəliyevin videosu hansı oteldə çəkilib?

Malik Vəliyevin videosu hansı oteldə çəkilib?

24-06-2016, 11:06
Oxunub: 2 868 Malik Vəliyevin videosu hansı oteldə çəkilib?«Clear» və «Romi»də dincəlmiş 10 saylı Ərazi Hesablama Mərkəzinin rəhbərinin MTN-çilərlə bir dəfə yollarının kəsişdiyi istisna deyil

Dünən 10 saylı Ərazi Hesablama Mərkəzinin rəhbəri Malik Vəliyevin Eldar Mahmudovun əlində olan videgörüntülərdən qorxuya düşdüyünü, hətta yaxın adamlarının yanında bəzi şeyləri etiraf etdiyi barədə məlumat vermişdik. JAM.AZ-a verilən məlumatda vurğulanırdı ki, mərkəzin rəhbəri Bakıda olarkən bir neçə otelə baş çəkibmiş ki, orada çəkiliş edilə biləcəyindən əndişələnib.
Qeyd edək ki, Malik Vəliyevin konkret olaraq hansı otelə getdiyi və çəkilişin harada aparıla biləcəyi ilə bağlı kiçik bir araşdırma apardıq. Laçın Təhsil Şöbəsinin müdiri olduğu dönəmlərdə Bakıya gələn Vəliyev bəzən lüks, bəzən də polilüks otellərdə qalıb. Konfranslar, kurslar və digər tədbirlərlə bağlı paytaxta təşrif buyurduğundan onun belə yerlərdə qərarlaşması normaldır. Amma mərkəz rəhbəri bəzən cavanlıq etmək eşqinə də düşərək, türklər demiş «kaçamaklık» da etməkdən xoşu gəlirmiş. Elə bu səbəbdəndir ki, Malik Vəliyevi narahat edən «Clear» və «Romi»də üzləşdiyi məcaralardır. Yəni, orada çəkiliş olubsa, mərkəz rəhbərinin işi fəanıdır.
Bildirək ki, istər «Clear», istərsə də «Romi» heç də yaxşı ad çıxarmış otellər sırasında deyil. Üstəlik, bu otellərin uzunmüddətdən bəri MTN generalı, hazırda həbsdə olan Elçin Quliyevə aylıq haqq verdiyi aşkarlanıb. Digər tərəfdən, bu otellərdən MTN generalları ayrı-ayrı məmurlara qarşı da istifadə ediblər. Onların gizli şəkildə görüntülərini çəkərək, saxlayıblar. Zərurət olduğunda isə şantaj vasitəsi kimi istifadə edilib və külli miqdarda pul alınıb.
JAM.AZ xəbər verir ki, MTN-in Malik Vəliyevi şantaj edib, etmədiyi və ya ondan şantaj yolu ilə pul alıb, almadığı hələlik məlum deyil. Amma bunu istisna da etmək olmaz. Çünki Vəliyevin Eldar Mahmudovun əlindəki videogörüntülərdən bu qədər narahat olması səbəbsiz olmaya da bilər. Hər halda işin içində ilginc məqamlar var.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com