BolgeXeber.Com » Gündəm » Sabirabad rayon icra başçısı 50-ə yaxın ailənin pulunu kimin əliylə mənimsəyib?

Sabirabad rayon icra başçısı 50-ə yaxın ailənin pulunu kimin əliylə mənimsəyib?

27-06-2016, 09:15
Oxunub: 4 457 Sabirabad rayon icra başçısı 50-ə yaxın ailənin pulunu kimin əliylə mənimsəyib?Özünü baş verənlərdən bixəbər kimi göstərən Nazim İsmayılov dərhal əraziyə öz nümayəndələrini göndərir

Xatırlayırsınızsa 2010-cu ildə Sabirabad rayonunda Kürün daşması nəticəsində yaranan su daşqınları zamanı çoxsaylı ailələrin evlərinə,əmlaklarına ziyan dəymişdi...Sakinlərin bu vəziyyətdən sui-istifadə edən Sabirabad rayonunun Ələmbəyli kənd icra nümayəndəsi Mustafa Məşədiyev ev sahiblərindən külli miqdarda pullar alaraq,evlərin yenidən təmir ediləcəyinə söz vermişdi.İcra nümayəndəsi sakinləri arxayın salmışdı ki,”evləriniz əvvəlkindən daha yaxşı olacaq”.O,sakinlərə bildirib ki,yığılan bu pullar icra başçısına çatacaq. Bu hadisədən sonra ümidlənən sakinlər 4-5 ay gözləyirlər. Lakin sonunda səbr kasaları daşır və öz evlərinin hansı vəziyyətdə olduğunu öyrənməyə çalışırlar.Bir də xəbər tuturlar ki, “lələ köçüb,yurdu qalıb”.Sakinlərin “xilasedicisi” Mustafa müəllim “nə yoğurdun,nə yapdın,hazırca kökə tapdın” deyib,yığdığı pulları da götürüb,qaçıb Türkiyəyə...Yəqin ki,Mustafa müəllim Türkiyəyə “həm ziyarət,həm də ticarət” üçün yollanıb.
Özünü baş verənlərdən bixəbər kimi göstərən Nazim İsmayılov dərhal əraziyə öz nümayəndələrini göndərir.Sakinlərlə görüş keçirən İsmayılov onların başını qatmaq üçün tez bir zamanda bu problemin həll olunacağı və onların evlərinə qovuşacağı kimi boş vədlər verir.Niyə boş dedik?!...Çünki artıq bu daşqının baş verməsindən 6 il keçməsinə baxmayaraq hələ də vəziyyət eyni olaraq qalmaqdadır.
Bolgexeber.com xəbər verir ki,Nazim İsmayılovun və onun nümayəndəsindən boğaza yığılan ziyançəkən sakinlər bizə bildirdilər ki,tez bir zamanda Prezident Aparatının qarşısında yığılaraq,öz etirazlarını bütün ölkəyə çatdıracaqlar.
Bildirək ki,2010-cu ildə daşqın zamanı Azərbaycanın 8 rayonunda 100 min hektardan çox sahəni və 20 min evi su basıb. Ümumilikdə, 2012-ci ilin martına kimi dövlət tərəfindən daşqının nəticələrinin aradan qaldırılmasına 350 milyon manata yaxın vəsait ayrılıb. Bu il martın 29-da prezidentin sərəncamı ilə əlavə olaraq 50 milyon manat ayrılıb.
Lakin problem həll olunmadığı üçün bu pulların hara sovrulub getdiyi hələ də müəmmalı olaraq qalır.
Qeyd edək ki,yerli sakinlər bundan əvvəl də rayonda eləcə də rayon icra hakimiyyətinin binası önündə dəfələrlə etiraz yürüşləri təşkil etmişdilər!
Bolgexeber.com