BolgeXeber.Com » Siyasət » Böyük Britaniyanın baş naziri Devid Kemeron istefaya gedir-- VİDEO

Böyük Britaniyanın baş naziri Devid Kemeron istefaya gedir-- VİDEO

24-06-2016, 12:51
Oxunub: 2 921 Böyük Britaniyanın baş naziri Devid Kemeron istefaya gedir-- VİDEO“Böyük Britaniyaya yeni rəhbərlik lazımdır”

Böyük Britaniyanın Baş naziri Devid Kemeron iyunun 23-də referendumda seçicilərin əksəriyyətinin Avropa İttifaqından (Aİ) çıxmasının lehinə səs verməsindən sonra oktyabrda istefaya getmək qərarına gəlib.

“Düşünürəm ki, ölkəni növbəti təyinat məntəqəsinə aparan kapitan olmaq mənim üçün düzgün olmazdı”, - Kemeron jurnalistlərə bildirib.

Baş nazirin sözlərinə görə, Böyük Britaniyaya yeni rəhbərlik lazımdır.

Xatırladaq ki, iyunun 22-də Böyük Britaniyada Aİ-da üzvlüyə dair referendum keçirilib. Nəticədə seçicilərin 52 faizi Aİ-dən çıxmağın lehinə səs verib.