BolgeXeber.Com » Gündəm » Şamaxının icra başçısının şahlara layiq həyatı-VİDEO

Şamaxının icra başçısının şahlara layiq həyatı-VİDEO

29-06-2016, 17:38
Oxunub: 7 853 Şamaxının icra başçısının şahlara layiq həyatı-VİDEOŞamaxının icra başçısı Asif Ağayev barəsində qulaq hər gün bir xəbər eşitməsə “kar” olar

Bildiyiniz kimi Şamaxı icra başçısı Asif Ağayev Şamaxını öz ata malı kimi istifadə edərək,ürəyi nə istəsə onu da edir.
Prezident İlham Əliyev məmurları dəbdəbəli həyatdan uzaq olmağa, təvazökarlığa dəvət etsə də, A.Ağayev dövlət başçısının sözlərinə əhəmiyyət vermir.
Son zamanlar Asif ağayev rayonun Nağaraxana kəndindəki pay torpağında özünə imarət tikdirməsi ilə gündəmə gəlmişdi. Şamaxının torpaqlarını bir-bir zəbt edən rayon rəhbəri Şamaxının kəndlərində özünə dəbdəbəli villalar tikdirməkdə davam edir. İcra başçısı Pirqulu dağının ətrafındakı torpaqlara Bakıdan və rayonlardan olan məmurlara satır. BTV bildirir ki, Şamaxının Pirqulu kəndindən olan şikayətçi iddia edir ki, icra başçısı və müavini dağın ətrafında yaşayış evi tikdirdikdən sonra turistlərin gəlib istirahət etməsi üçün istirahət mərkəzləri inşa edirlər.
İcra başçısının əməlləri bununla bitmir.Sakinlərin sözlərinə görə Asif Ağayev “Burda mənəm,bağdatda kor xəlifə deyib”rayonda hokmranlıq edir.
Ümumiyyətlə, son zamanlar bizə Şamaxı rayonundan daxil olan şikayət və müraciətlərin ardı-arası kəsilmir. Rayonda sosial-iqtisadi durumun digər rayonlarla müqayisədə olduqca bərbad vəziyyətdədir.
Bundan başqa Şamaxının mərkəzi küçələrindəki səkilərin örtüklənməsi və rayon kəndlərindəki məktəblərin dam örtüyünün dəyişdirilməsi əməliyyatında iştirak edən şirkətlərdən icra başçısı Asif Ağayev müavinin əli ilə həm təmir tikinti abadlıq işlərində iştirak edən şirkətlərdən “öz faizini” artıqlaması ilə alır.

Mövzunu davam etdirəcəyik!
Bolgexeber.com