BolgeXeber.Com » İdman » AVRO-2016-da 1/8 finalın ilk oyunları - Bu gün

AVRO-2016-da 1/8 finalın ilk oyunları - Bu gün

25-06-2016, 10:09
Oxunub: 3 749 AVRO-2016-da 1/8 finalın ilk oyunları - Bu günBu gün Avropa çempionatında 1/8 final mərhələsinə start veriləcək

Bolgexeber.com apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.

İlk olaraq meydana İsveçrə və Polşa milliləri çıxacaqlar. A və C qrupunun ikinciləri ilk 1/4 finalçı olmaq üçün mübarizə aparacaqlar. İsveçrənin heyətlə bağlı problemi olmasa da, Polşa haqqında bunu demək olmaz. Belə ki, qapıçı Voyçex Şesni və Bartoj Kapustka bu oyunda meydana çıxmayacaqlar. "Çərçivə qoruyucusu" zədə, yarımmüdafiəçi isə cəza səbəbindən matçı kənardan izləməli olacaqlar.

Günün ikinci oyunu isə Britaniya derbisi olacaq. B qrupunu lider olaraq tamamlayan Uels ən yaxşı üçüncülərdən biri olan Şimli İrlandiya ilə qarşılaşacaq. Gözlənilənlərin əksinə olaraq, olduqca əla təsir bağışlayan "əjdahalar" tarixi ilkə imza ataraq, qatıldığı ilk birincilikdəcə qrupdan çıxmağı bacaran Şimali İrlandiyanın Fransa səyahətini sona çatdırmaq niyyətindədi.

Gecənin son oyunu isə olduqca gərgin mübarizə vəd edir. Ölüm qrupu adlandırılan D qrupundan lider kimi çıxan Xorvatiya millisi növbəti mərhələyə qələbəsiz adlayan Portuqaliya ilə oynayacaq. Ən zəif qrup hesab olunan F qrupundan 3 heç-heçə ilə ən yaxşı üçüncü kimi çıxan pireneylilər bu dəfə sevimli nəticələrinə ümid edə bilməyəcəklər. Ronaldonun yoldaşları Xorvatiya səddini aşmaq üçün daha güclü çıxış etmək məcburiyyətindədilər.

Avropa çempionatı

1/8 final

25 iyun

17:00. İsveçrə - Polşa

Baş hakim: Mark Klattenburq

Yan xətt hakimləri: Simon Bek, Cek Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)

Ehtiyat yan xətt hakimi: Damianos Eftimiadis (Yunanıstan)

Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

UEFA nümayəndəsi: Nodar Axalkatsi (Gürcüstan)

Sent-Etyenn. "Joffrua Qişar" stadionu

20:00. Uels - Şimali İrlandiya

Baş hakim: Martin Atkinson

Yan xətt hakimləri: Maykl Mellarki, Stefen Kild

Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)

Dördüncü hakim: Feliks Brix (Almaniya)

Ehtiyat yan xətt hakimi: Mark Borş (Almaniya)

Hakim-inspektor: Mark Batta (Fransa)

UEFA nümayəndəsi: Stin Dahrup (Danimarka)

Paris. "Stad de Frans"

23:00. Xorvatiya - Portuqaliya

Baş hakim: Karlos Velasko Karbalyo

Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes

Əlavə köməkçi hakimlər: Xesus Gil Manzano, Karlos del Serro Qrande (hamısı İspaniya)

Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)

Ehtiyat yan xətt hakimi: Gyorgi Rinq (Macarıstan)

Hakim-inspektor: Devid Ellari (İngiltərə)

UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)

Lans. "Bollar-Delelis" stadionu