BolgeXeber.Com » BÖLGƏ TV » Zahid Oruc:"Hər kəsə bəllidir, kim-kimi təhqir edir" VİDEO

Zahid Oruc:"Hər kəsə bəllidir, kim-kimi təhqir edir" VİDEO

25-06-2016, 14:25
Oxunub: 2 678 Zahid Oruc:"Hər kəsə bəllidir, kim-kimi təhqir edir" VİDEOZahid orucla spiker Oqtay Əsədov arasında baş verən ilk belə hal deyil

İyunun 24-də Milli Məclisin plenar iclasında qanun layihələrinin müzakirəsi zamanı spiker Oktay Əsədovla deputat Zahid Oruc arasında baş verən mübahisəyə aydınlıq gətirmək üçün millət vəkili Zahid Orucla əlaqə saxladıq.Zahid Oruc BTV-yə müsahibəsində dünənki olaya görə çox təəssüf etdiyini lakin mübahisənin ondan qaynaqlanmadığını vurğuladı.
Bildirək ki, bu Zahid orucla spiker Oqtay Əsədov arasında baş verən ilk belə hal deyil.Bundan öncə də Zahid Orucun vətəndaşları narahat edən problemlərlə bağlı çıxışı spiker tərəfindən xoş qarşılanmamışdı. Bəs görəsən deputatın çıxışlarının spiker tərəfindən sərt reaksiya görməsinə səbəb nədir?Xatırladaq ki, iyunun24-də keçirilən iclas zamanı Azərbaycan mallarına taxifre sisteminin tətbiq olunması ilə bağlı qanunvericiliyə dəyişikliyin müzakirəsi zamanı çıxış edən deputat Zahid Orucun fikirləri spiker Oqtay Əsədov tərəfindən sərt reaksiya ilə qarşılanmışdı və spiker deputatı “səviyyəsiz”adlandırmışdı.
Bolgexeber.com