BolgeXeber.Com » Xəbərlər » Xəstənin sağlam ayağını kəsən həkim danışdı: - “Hər bir həkimin başına gələ bilər”
Xəstənin sağlam ayağını kəsən həkim danışdı: - “Hər bir həkimin başına gələ bilər”
25-06-2016, 16:56
Oxunub: 2 971
Bakıda xəstənin ayağını səhv kəsən həkim istintaqa çağırılıb
Bu barədə həkim-cərrah Valeh Kərimov özü məlumat verib. O qeyd edib ki, bu gün Yasamal Rayon Prokurorluğuna dəvət edilərək ifadəsi alınıb: “İstintaqa hər şeyi olduğu kimi dedim. Bu iş hər bir həkimin başına gələ bilər. Əvvəlcədən nə isə demək istəmirəm. Məsələni hüquq-mühafizə orqanları araşdırır. Araşdırmanın nəticəsini də biləcəksiniz”.
Qeyd edək ki, hadisə ilə bağlı Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Məmmədova Tərlan Həsən qızının Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilməklə sağlamlığına ağır zərər vurulmasına dair Yasamal rayon Prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.
Araşdırma zamanı toplanmış materialda T.Məmmədovanın sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurma cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib. Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə, yoxlamalar aparılır. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. (APA)
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə