BolgeXeber.Com » Xəbərlər » Hacıqabul Mədəniyyət Mərkəzinin kollektivi sevinclərini cəsur hərbiçilərlə bölüşdülər-FOTO

Hacıqabul Mədəniyyət Mərkəzinin kollektivi sevinclərini cəsur hərbiçilərlə bölüşdülər-FOTO

27-06-2016, 16:35
Oxunub: 8 724 Hacıqabul Mədəniyyət Mərkəzinin kollektivi sevinclərini cəsur hərbiçilərlə bölüşdülər-FOTOOrdumuzun yaradılması ölkəmizin müstəqilliyinin tarixidir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycan dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Respublikamızda ordu quruculuğu sahəsində mühüm addımlar atılıb və bu gün də bu sahədə inkişafa doğru daha da mühüm işlər görülür. Heç bir dövlət ordusuz yaşaya bilməz. Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir. Bu gün səmimi olaraq qeyd etmək istəyirəm ki, ermənistan dövləti öz dövlətinin gücünə, ordu quruculuğuna baxıb dəqiq düşünməlidir ki, hansı ölkənin qarşısında dayanıb !
Azərbaycan xalqı həqiqətən cox qüdrətli və güclü bir xalqdır. Bu gün bütün Azərbaycan xalqı şərəflə bu bayramı qeyd edir və fəxr edir. Bu bayram münasibəti ilə 25-06-2016-cı il tarixində Hacıqabul rayon Mədəniyyət Mərkəzinin kollektivi rayonda yerləşən “ N “ saylı hərbi hissədə geniş konsert proqramı ilə çıxış etdi və sevinclərini cəsur hərbiçilərlə bölüşdülər.
BAYRAMIN MÜBARƏK AZƏRBAYCAN !

Hacıqabul rayon Mədəniyyət Mərkəzinin Direktoru
Mehdiqulu Fərəcov.