BolgeXeber.Com » Sosial » III Qrupda keçid balı aşağı düşdü

III Qrupda keçid balı aşağı düşdü

17-07-2012, 18:30
Oxunub: 4 564 Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə minimal keçid balı aşağı salınıb.

Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, III ixtisas qrupu üzrə minimal keçid balı 300-dən 250-yə endirilib.

III ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

Bu il III qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilmişdir. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcəkdir.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 7-dən avqustun 16-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.