BolgeXeber.Com » İdman » İtaliya İspaniyanın hakimiyyətinə son qoydu - VİDEO

İtaliya İspaniyanın hakimiyyətinə son qoydu - VİDEO

28-06-2016, 10:50
Oxunub: 3 441 İtaliya İspaniyanın hakimiyyətinə son qoydu - VİDEOFransada keçirilən Avropa çempionatı davam edir

Qaynarinfo.az xəbər verir ki, bu gün 1/8 finalın son iki qarşılaşması baş tutur

Günün ilk oyununda İtaliya və İspaniya qarşılaşıb. Erkən final adlandırılan favoritlərin qarşılaşmasında 2 qol qeydə alınıb. 37-ci dəqiqələ fərnlənən Corc Kyellininin qoluna 90+1-ci dəqiqədə Qraziano Pelle dəstək verib - 2:0. Beləliklə, İtaliya 1/4 finala çıxıb. İtalyanlar yarımfinala vəsiqə uğrunda oyunda Almaniya ilə qarşılaşacaq.

Bununla da son iki - 2008 və 2012-ci illərdə keçirilən Avropa çempionatının qalibi turnirdən kənarlaşdırılıb. Bu isə İspaniyanın 8 illik hakimiyyətinə son qoyulması deməkdi.

Bu oyun İtaliya üçün həm də "AVRO-2012"nin qisası hesab oluna bilər. Belə ki, İspaniya 2012-ci ildə keçirilən çempionatın finalında məhz İtaliyanı yenərək çempion olmuşdu - 4:0. İtaliya bu dəfə rəqibini yenərək qisasını alıb.

Qeyd edək ki, indiyədək Fransa, Almaniya, Portuqaliya, Belçika, Polşa və Uels 1/4 finala çıxıb.

AVRO-2016
1/8 final
27 iyun

İtaliya - İspaniya 2:0
Qollar: Corc Kyellini, 37. Qraziano Pelle, 90+1.
İtaliya: 1. Canluici Buffon, 2. Mattia De Skiqlio, 3. Corc Kyellini, 8. Alessandro Florenzi (4. Matteo Darmian, 84), 9. Qraziano Pelle, 15. Andrea Barzaqli, 16. Daniele De Rossi (10. Tyaqo Motta, 54), 17. Eder Martins (20. Lorenzo İnsigne, 82), 18. Marko Parolo, 19. Leonardo Bonuççi, 23. Emanuele Qiaççerini.
Ehtiyat oyunçular: 12. Salvator Siriqu, 13. Federiko Marçetti, 5. Anqelo Oqbonna, 6. Antonio Kandreva, 7. Simon Zaza, 11. Siro İmmobile, 14. Stefano Sturaro, 21. Federiko Bernardeşçi, 22. Stepan Əl Şaravi.
Baş məşqçi: Antonio Konte.
İspaniya: 13. David de Gea, 3. Cerard Pike, 5. Serxio Buskets, 6. Andres İnyesta, 7. Alvaro Morata (9. Lukas Vazquez, 70), 10. Kesk Fabreqas, 15. Serxio Ramos, 16. Xuanfran, 18. Jordi Alba, 21. David Silva, 22. Nolito (20. Aritz Aduriz, 46//11. Pedro Rodriges, 81).
Ehtiyat oyunçular: 1. İker Kasilyas, 23. Serxio Riko, 2. Sezar Azpilikueta, 4. Mark Bartra, 8. Koke, 12. Hektor Bellerin, 14. Tyaqo Alkantara, 17. Mikel San Xose, 19. Bruno Soriano.
Baş məşqçi: Visente del Boske.
Sarı vərəqələr: Mattia De Skiqlio, 24. Qraziano Pelle, 54. Tyaqo Motta, 89 - Nolito, 41. Serxio Buskets, 89. David Silva, 90+4.
Hakim: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongün (Türkiyə), Martin Atkinson (İngiltərə).
Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Barış Şimşek (Türkiyə).
Sen-Deni. “Stad de Frans”
Bolgexeber.com