BolgeXeber.Com » Analitika » Cavid Qurbanovun Gəncədəki kadrı haqda şok: - vağzal rəisi oğru kimi həbsdə olub

Cavid Qurbanovun Gəncədəki kadrı haqda şok: - vağzal rəisi oğru kimi həbsdə olub

29-06-2016, 09:38
Oxunub: 5 160 Cavid Qurbanovun Gəncədəki kadrı haqda şok: - vağzal rəisi oğru kimi həbsdə olubƏn maraqlı hal isə bu şəxsin keçmişi ilə bağlıdır

Son zamanlar Gəncədə həyata keçirilən abadlıq-quruculuq işlərindən biri də, şəhərin Dəmiryolu Vağzalının ərazisidir ki, həmin ərazi də bir neçə il bundan öncə tam təmirdən çıxıb. Gəncə Dəmiryolu Vağzalı təmirdən çıxmasına baxmayaraq, vağzalın rəisi məsələsində tez-tez dəyişikliklər olur. Əsasən vağzalın bilet kassalarında yaşananlar, hər kəsdə maraq yaradır. Marağın kimdə daha çox özünü göstərməsi isə, sonda ortaya çıxır. Bir neçə dəfə vağzal rəisi vəzifəsini əvəz edən, yəni bütün zamanlarda rəisə müavinlik edən bir şəxs olub ki, o da Arif Mürsəlov olub.
Eyni zamanda Arif Mürsəlov qeyri-rəsmi də olsa, RF-sı istiqamətinə bilet satışının təşkilini də yerinə yetirir. Ən maraqlı hal isə bu şəxsin keçmişi ilə bağlıdır. Belə ki, cumhuriyyet.az mediada yayılan və təkzib olunmayam məlumatı olduğu kimi diqqətə çatdırır: “Əvvəllərdə dəmir yolunda işləyən bu şəxs, dövlət əmlakını mənimsədiyi üçün həbs də olunub. Etibarlı mənbədən əldə etdiyimiz məlumatlara görə o, spirtli içki daşıyan vaqonlardan oğurluq etdiyi üçün 9 il çəza almış və cəzasının təqribən 6-7 ilini çəkdikdən sonra azadlığa buraxılıb. Vaxtilə məhbəs həyatı yaşayan, adı bütün zamanlarda korrupsiya maxinasiyalarında hallanan A.Mürsəlov, “ADY” QSC-nin Sərnişin Daşıma Departamentinin rəisi Əlyar Muradovun dəstəyi sayəsində o, Gəncə Dəmiryolu Vağzalının rəisi təyin olunub”.
Görəsən “ADY”QSC-nin yeni sədri, cənab Cavid Qurbanovun belə bir məsələlərə münasibəti necədir? Yəni, Cavid Qurbanov da “köhnə hamam, köhnə tas” prinsipi ilə işləyir, yoxsa o, belə əməl sahibi olan kdrlarının əməllərindən xəbərsizdir?
Mövzunu diqqətdə saxlayacağıq.