BolgeXeber.Com » BÖLGƏ TV » Müqəddəs Ramazan ayında növbəti "Qədr gecəsi" qeyd edilib - VİDEOREPORTAJ

Müqəddəs Ramazan ayında növbəti "Qədr gecəsi" qeyd edilib - VİDEOREPORTAJ

29-06-2016, 09:43
Oxunub: 2 923 Müqəddəs Ramazan ayında növbəti "Qədr gecəsi" qeyd edilib - VİDEOREPORTAJİslam aləmində müqəddəs Ramazan ayının son on günü "Əhya gecələri", yəni "Qurani-Kərim"in nazil olduğu "Qədr gecələri" kimi qeyd olunur

"Report" xəbər verir ki, Azərbaycanda üçüncü "Qədr gecəsi" Bakının "Xanım Fatimeyi Zəhra" məscidində də keçirilib.Qeyd edək ki, hədislərdə ilk növbədə bu gecə yatmamaq tövsiyə olunur. Ərəb dilində "Əhya" (el arasında "Qədr gecələri") adlanan bu gecələrdə iş sadəcə yatmamaq ilə bitmir. Əsas şərt bu gecəni ibadət etmək – namaz qılmaq, "Quran" oxumaq, günahların bağışlanmasını diləmək və dua etməklə keçirməkdir.
Hədislərə görə, İslam peyğəmbəri Muhəmməd (s.a.s) Ramazan ayının son on gününü öz yorğan-döşəyini yığaraq kənara qoyar və ailə üzvlərini də bu gecələri ibadət etmək üçün oyadardı.