BolgeXeber.Com » Xəbərlər » Abutalıbovun "Eldar Yunusov" kabusu

Abutalıbovun "Eldar Yunusov" kabusu

29-06-2016, 14:20
Oxunub: 3 904  Abutalıbovun "Eldar Yunusov" kabusu Bakı meriyasında Eldar Yunusov kabusu BŞİH-in şöbə müdiri hansı əməllərin sahibidir?

Körpə uşaqların hesabına yığdıqları varidatı genişləndirməyə imkanlar yaradılırsa, körpələr bağçaya 300-500 manata götürülürsə, demək, məktəbəqədər təhsilin inkişafından söhbət gedə bilməz. Keçmişdə olduğu kimi, hər ay körpənin valideynlərindən 20 manat, bəzən 30-40 manat pul alınacaqsa, “köhnə hamam, köhnə tas” da qalacaq. Bundan başqa, pul verməyən valideynin istedadlı uşağı bağçaya götürülməyəcəksə, bağçalarda aylıq pul verməyə valideynlər məcbur ediləcəksə, körpələrə hər gün makaron yedizdiriləcəksə, demək yanaşma dəyişməz olaraq qalacaq. Gigiyenik tələblər də qorxulu bir şəkildə təzahür edəcək. Körpələrin pastelləri valideynlərinin qoltuğuna veriləcək, özlərinə yuduzdurulacaq. Mətbuatda gedən məlumatlara görə, Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun göstərişi ilə uşaqların bağçaya götürülməsi zamanı 100 manat rüşvət istənilir. Bağça müdirləri də bu imkandan yararlanaraq valideynlərdən 150 manat istəyirlər, yəni 100 Eldar müəllimin, 50 manat da özlərinin. Hətta bu günlərdə Yasamal rayonu, Ş. Qurbanov, 5 ünvanında yerləşən 38 saylı Uşaq Bağçasının keçmiş tərbiyəçisi Aynur Mahmudova bir sıra KİV -nə müraciət edib. O, bu yaxınlarda adıkeçən bağçanın direktoru Sədaqət Qəribova tərəfindən qanunsuz olaraq işdən azad olunduğunu bildirib. 22 illik peşə təcrübəsinə malik olduğunu deyən A.Mahmudova bunu bağçadakı qanunsuzluqlar, pul yığımına etiraz etməsi ilə əlaqələndirib. Aynur Mahmudova aprelin 5-də Uşaq Evləri və Məktəbəqədər Müəssisələr İdarəsinin rəisi Eldar Yunusovun qəbuluna çağırılıb. Onun sözlərinə görə, E.Yunusov məsləhət görüb ki, müxtəlif KİV-lərə şikayət etməsin: “Eldar Yunusovla görüşümdə mənə dedi ki, nahaq yerə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə yazmışam. Yunusovun sözlərinə görə, mənim şikayətimi baxmaq üçün ona göndəriblər. Dedi ki, ora şikayət etmək lazım deyil. Onsuz da bütün şikayətlər mənə yönləndiriləcək. Qarşı tərəfi də dinləyə bilərik (gundelik-baku.com).