BolgeXeber.Com » Sosial » Azərbaycanda 300 nəfər böyrək köçürmə növbəsindədir

Azərbaycanda 300 nəfər böyrək köçürmə növbəsindədir

29-06-2016, 14:28
Oxunub: 4 290 Azərbaycanda 300 nəfər böyrək köçürmə növbəsindədir"1 saylı Kliniki Tibbi Mərkəzdə böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən 443 xəstə dializ alır"

"Report"un xəbərinə görə, bunu mərkəzin hemodializ şöbəsinin müdiri Mirhəşim Calalov deyib. O bildirib ki, Azərbaycanda 2003-cü ilədək dializin tətbiq olunması zamanı ciddi problemlər olub. Lakin bu gün ölkədə Səhiyyə Nazirliyinin göstərişinə əsasən hemodializ xəstələri 70 adda dərmanla təmin olunur.M.C. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayevin sözlərinə görə isə Azərbaycan MDB ölkələri arasında yeganə dövlətdir ki, burada hemodializ alan xəstələrin növbəsi yoxdur: "Hər kəs üçün bərabər şərait yaradılıb. Bu ilin yanvar ayının 1-dən bu günə kimi 600-ə yaxın xəstə qeydiyyata alınıb və onların hər biri hemodializ müalicəsi alıb. Bu il dializə cəlb olunanlar arasında ağır vəziyyətdə olanlar olsa da, bu göstərici azdır".
Şöbə müdiri əlavə edib ki, xəstəlik hər bir yaş qrupunda qeydə alına bilər: "Lakin bu xəstəlik daha çox orta yaşlı insanlarda rast gəlinir ki, bu da təəssüf doğurucudur. Ancaq reallıq odur ki, əhalinin daha çox 35-50 yaş arasında olanlarda xroniki böyrək çatışmazlığı xəstəliyi qeydə alınır. Hemodializ alan xəstələrin 57 faizi kişi, 43 faizi isə qadınlardır. Bu gün şəkərli diabet və hiporteniya xəstələrinin dünyada sayının artması Azərbaycana da təsirsiz ötüşmür. Belə ki, həmin xəstələrin sayının artması fəsad olaraq böyrək çatışmazlığı xəstəliyinin artmasına səbəb olur. 5 il bundan qabaq Azərbaycanda hemodializ xəstələrinin say göstəricisini araşdıranda bunun səbəbləri araslnda böyrək çatışmazlığı birinci sırada idi. Lakin bu gün 27,4 faiz xəstədə xəstəliyin əsas səbəbi şəkərli diabet xəstəliyidir".
O, həmçinin vurğulayıb ki, Azərbaycanda böyrək çatışmazlığı ilə bağlı ən böyük problem donor məsələsidir: "Çünki hazırda ölkədə ancaq qohumlardan böyrək köçürülmələri həyata keçirilir. Xəstələr daha çox canlı donor və qohumlarının, eləcə də ailə üzvlərinin böyrəklərinin köçürülməsi üçün növbəyə dayanırlar. Hazırda böyrək köçürülməsi üçün 300-ə yaxın xəstə növbə gözləyir".