BolgeXeber.Com » Bölgə » Bərdədə 26 İyun –Silahlı Qüvvələr günü ilə bağlı tədbirlər keçirilmişdir-FOTO

Bərdədə 26 İyun –Silahlı Qüvvələr günü ilə bağlı tədbirlər keçirilmişdir-FOTO

29-06-2016, 18:21
Oxunub: 5 191  Bərdədə 26 İyun –Silahlı Qüvvələr günü ilə bağlı tədbirlər keçirilmişdir-FOTOÜmummilli lider Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi

Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı.

Bu münasibətlə 26 İyun –Silahlı Qüvvələr günü ilə bağlı Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilmişdir. Tədbirlər öncəsi vətən uğrunda son damla qanlarınacan vuruşan qəhrəman vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və onların qəhrəmanlıqlarından geniş söz açılmışdır. Bildirmişdir ki, son dövrdə bütün cəbhə boyu gedən şiddətli döyüşlərdə Azərbaycan əsgəri düşmənə öz gücünü bir daha sübut etdi. Hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və Torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir. Tədbirlərin keçirilməsində şəhər 2 nömrəli uşaq musiqi məktəbi, Divanlı kənd uşaq musiqi məktəbi, Kətəlparaq kənd uşaq musiqi məktəbi və Bərdə rayon Mədəniyyət Mərkəzinin filialları olan 4 və 5 nömrəli şəhər klublarının danılmaz rolu olmuşdurki onalarda öz nöbələrində ordumuzun əsgər və zabitlərini vətən uğrunda dahada sıx birləşməyə çağırmışlar. Əsgər və zabit heyətinin mədəni istirahətini layiqincə təşkil etdikləri üçün Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin kollektivi, musiqi məktəblərinin və klub üzvlərinin nümayəndələri fəxri fərmanlara layiq görüldü.
Bolgexeber.com