BolgeXeber.Com » Gündəm » Göyçay sakini Arzu Rəhimova :DSMF-nin şöbə müdirinin hərbi biletini ictimaiyyətə göstərin

Göyçay sakini Arzu Rəhimova :DSMF-nin şöbə müdirinin hərbi biletini ictimaiyyətə göstərin

1-07-2016, 12:36
Oxunub: 5 018 Göyçay sakini Arzu Rəhimova :DSMF-nin şöbə müdirinin hərbi biletini ictimaiyyətə göstərin"Səfərbərlik və hərbi xidmətə çağrış üzrə dövlət xidmətinin rəisi Arzu Rəhimov general Ehtiram Xəlilovun tapşırığı ilə Kamran Xəlilovun hərbi sənədlərini ictimaiyyətə təqdim etmir"

Göyçay rayon sakini Qasımov Aslan Xanəhməd oğlu tərəfindən Bolgexeber.com-a şikayət məktubu göndərilib.
Şikayət məktubunda Göyçay sakini məmur özbaşınalığı ilə üzlədiyini yazır.
Həmin məktub olduğu kimi təqdim edirik:
“Təxminən bir aydan çox olar ki, mətbuatda Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinin müdiri Kamran Xəlilovun barəsində sensasion yazı getdi. Onun ruhi xəstə sənədləri ilə hərbi xidmətdən yayınması faktı yayıldı. Bundan sonra bu xəbəri mətbuata ötürən şəxslərlə ədavət aparmağa başladı. Bu qərəzçiliyin qurbanı isə mənim halal iş stajım oldu ki, 11 il qanunu iş stajımı qəbul etməkdən əsassız olaraq imtina etdi. Ona görə ki, DSMF-nin Göyçay şöbəsinin müdiri Kamran Xəlilovun barəsindək şikayətçilərdən biri Qasımov Sahib Dadaş oğlu mənim qohumum olduğu üçün bunu etdi. Bu adam o dərəcədə azğınlaşıb ki, dövlət idarəsini şəxsi ofisinə çevirib istədiyi özbaşınalığı edir. Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovun yaratdığı korrupsiya şəbəkəsinin cinayət əməlləri nəticəsində dövlətin büdcəsi talan edilir. Zəhmətlə işləyib iş stajı olan şəxslərin əmək hüquqları pozulur istənilən rüşvəti verə bilmədikləri üçün iş stajları qəbul edilmir, ancaq özlərinin saxta məhkəmə qətnamələri ilə təyin etdikləri saxta iş stajlarını qəbul edib dövlətə küllü miqdarda ziyanlar vururlar. Bu nə vaxta qədər belə davam edəcək. Kamran Xəlilov Qarabağ müharibəsinin qızğın vaxtı hərbidən ruhi xəstə sənədi ilə yayınıb. Yox əgər yazılanlar yalandırsa nə üçün hərbi biletini nümayiş etdirmirsən və ya orqanlara müraciət etmirsən. Çünki Kamran Xəlilov Qarabağın azadlığı uğrunda gedən döyüşlərdən, müharibədən yayınmaq üçün özünə saxta dəlilik kağızı düzəltdirib vətənin müdafiəsindən yayınıb. İndi isə vətənin var-dövlətini talan edir. Vətəni dövləti həm erməni yağılardan həm də Kamran Xəlilov kimi saxtakar, talançı korrupsionerlərdən qorumaq lazımdır. Bu korrupsioneri isə əmisi oğlu gömrük generalı Ehtiram Xəlilov himayə edir. Səfərbərlik və hərbi xidmətə çağrış üzrə dövlət xidmətinin rəisi Arzu Rəhimov general Ehtiram Xəlilovun tapşırığı ilə Kamran Xəlilovun hərbi sənədlərini ictimaiyyətə təqdim etmir. Sual olunur siz kimi aldadırsınız? Ali Baş Komandanımız cənab Prezidentimiz İlham Əliyevi aldatmaq olmaz. Ruhi xəstənin yeri dəlixanadır dövlət idarəsi deyil.Təsəvür edin ki, bu dəli ruhi xəstə Kamran Xəlilov 2009-cu il tarixdən indiyə qədər minlərlə vətəndaşa saxtakarlıqla iş stajı yazdırıb. O bütün bu qanunsuzluqları Göyçay rayon məhkəməsinin hakimi Elxan Babayevlə əlbir olub edib. Çox yaxşı olar ki, general Arzu Rəhimov DSMF-nin Göyçay rayon şöbəsinin müdiri Kamran Xəlilovun hərbi biletini jurnalistlərə təqdim edib açıqlama versin. Mən Ali Baş Komandan, cənab prezident İlham Əliyevdən çox-çox xahiş edirəm bu ruhi xəstə Kamran Xəlilovun hərbi biletini və indiyə qədər törətdiyi cinayət əməllərini araşdırıb barəsində ciddi tədbirlər görəsiniz”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Bolgexeber.com