BolgeXeber.Com » Media » ANS-in yayımında problem yaranıb

ANS-in yayımında problem yaranıb

19-11-2010, 15:05
Oxunub: 5 253
Şirkətə gələn elektrik enerjisi kəsilib

Bu gün saat 10 radələrində ANS TV-nin və ANS ÇM radiostanyasının yayımında problem yaranıb. Şirkətə gələn elektrik enerjisinin kəsilməsi yayımda bir neçə dəqiqəlik fasiləyə səbəb olub. "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin “Bolgexeber”-ə verdiyi məlumata görə, Badamdar qəsəbəsində yerləşən 110 min kilovoltluq yüksək gərginlikli paylayıcı şəbəkədə, ekskavatorla yer qazılan zaman ehtiyatsızlıq ucbatından yerin altından keçən elektrik xətti zədələnib. Buna görə də, enerjinin verilişi dayanıb və dərhal ehtiyat xətt işə salınıb.

Qeyd edək ki, qəza nəticəsində ANS-dən başqa yaxınlıqdakı binalardan birinin təxminən 250-300 abunəçisi də işıqsız qalıb.