BolgeXeber.Com » Sosial » Azәrbaycanda banklar krediti kimlərə verir?

Azәrbaycanda banklar krediti kimlərə verir?

2-07-2016, 12:38
Oxunub: 3 577 Azәrbaycanda banklar krediti kimlərə verir?Banklarda şәrtlәr sәrtlәşdirilib; "bank sәlәmi” yalnız rәsmi maaşı olanlara arayış әsasında verilir

Azәrbaycan manatının dollar qarşısında ucuzlaşdığı vә növbәti devalvasiya haqqında xәbәrlәrin dolaşdığı bir vaxtda banklar kreditlәri bәrpa etmәyә başlayıblar. Belә ki, may ayının sonundan başlayaraq, kredit verilmәsini dayandıran banklar müştәrilәrә bildiriş göndәrәrәk yenidәn kreditlәşmәyә başladıqlarını elan ediblәr. İyun ayında isә kredit bazarında canlanma müşahidә olunub. Lakin әvvәlkindәn fәrqli olaraq kredit şәrtlәri xeyli ağırlaşdırılıb. "Yeni Müsavat” bәzi bankların kredit şәrtlәri ilә maraqlanıb.

"Unibank”dan bildirdilәr ki, kredit yalnız rәsmi maaşı olanlara arayış әsasında verilir. "Unibank” hazırda yalnız manat kreditlәri verir. Bank tәkrar müştәrilәrә kreditlәri davam etdirsә dә, yeni müştәrilәrә kreditlәrin verilmәsini iyun ayından bәrpa edib. Bankda kredit tarixçәsinә malik olmayan yeni müştәrilәrә kredit ayrılması üçün yaş hәddi 20­60 vә son iş yerindә staj minimal 12 ay tәlәb olunur. Tәkrar müştәrilәr üçün isә yaş hәddi 20­65 vә son iş yerindә minimal iş stajı 6 ay olmalıdır.

Bank әmәk haqqı 160 AZN­dәn yüksәk olanlara kredit ayırır. Kreditin müddәti 3­24 ay, mәblәği isә 300­5000 AZN arası müәyyәn olunur. Kredit götürmәk istәyәn şәxs şәxsiyyәt vәsiqәsi vә gәlirlәri tәsdiq edәn sәnәd әsasında "Unibank” filiallarından birinә müraciәt edә bilәr. Gәliri tәsdiq edәn sәnәd qismindә iş yerindәn arayış, әmәk haqqı kartının son 6 ay çıxarışı ya da elektron arayış ola bilәr. İş yeri MMC olan müştәrilәrә kreditlәr yalnız elektron arayış vә ya son 6 ayın hesabdan çıxarışına әsasәn rәsmilәşdirilә bilәr. Kreditin ayrılması vә ayrılacaq mәblәğ aylıq gәlirlәr vә kredit tarixçәniz tәhlil olunduqdan sonra tәhlilә әsasәn bankda müәyyәn edilir.

Bankdan bildirildi ki, kredit mәblәğinin tәyin edilmәsi qaydası Maliyyә Bazarlarına Nәzarәt Palatasının tәlәblәrinә tam uyğun hәyata keçirilir. Kredit verilmәsi prosesi iki mәrhәlәdә hәyata keçirilir. Әgәr әvvәllәr müştәri istәnilәn filialdan kredit götürә bilirdisә, indi filiala müraciәt edir, daha sonra son qәrarı bankın baş ofisi tәsdiqlәyir. Yalnız bundan sonra müştәriyә birdәfәlik istifadә üçün kredit kartı verilir.

Kredit şәrtlәri ilә bağlı "Bank of Baku” ilә dә әlaqә saxladıq. Bankdan bildirildi ki, kredit üçün tәlәb olunan әsas şәrt әmәk haqqı kartının olmasıdır. Yeni müştәrilәrә ilkin olaraq aylıq rәsmi әmәk haqqının iki misli mәblәğindә kredit ayrılır. Mәsәlәn, müştәrinin rәsmi әmәk haqqı 600 manatdırsa, ona 1200 manat kredit verilir. Kredit faizinә gәlincә, manatla verilәn kreditlәr 27 faizlә tәqdim olunur. Komissiyon haqqı isә verilәn mәblәğin 1 faizini tәşkil edir, yәni 1000 manata 10 manat.

Digәr banklarla apardığımız danışıqlardan da mәlum oldu ki, kredit şәrtlәri xeyli sәrtlәşdirilib. Son iki devalvasiyadan sonra banklar daha mühafizәkar siyasәtә başlayıblar. Maliyyә Bazarlarına Nәzarәt Palatasının tәrtib etdiyi qaydalardan sonra banklar әvvәlkindәn daha ehtiyatlı davranırlar. Әgәr әvvәllәr rәsmi arayış olmadan
da kredit verirdilәrsә, indi hәm әmәk haqqı kartı, hәm dә elektron arayış tәlәb olunur. Belә ki, tәqdim edәn müştәrinin başqa borcunun olub­olmaması, xәrclәrinin әmәk haqqına olan nisbәti tam araşdırılır, yeni müştәriyә ilk olaraq 1000 manat, ikinci müraciәtindә isә 2­3 min manat tәqdim olunur.

Gәldiyimiz qәnaәtә görә, bankların hazırkı dövrdә kreditlәri bәrpa etmәsinin sәbәbi isә әmanәtlәrlә bağlı yaranan stabillikdir. Belә ki, son devalvasiyadan sonra insanlar kütlәvi şәkildә әmanәtlәrini geri çәkdilәr vә bankların kredit portfeli dә sıfıra endi, hazırda isә nisbәtәn sabitlik yarandığından insanlar evlәrdә saxladıqları vәsaitlәri yenidәn banklara әmanәt qoyurlar. Banklar da әn etibarlı müştәrilәrini seçәrәk tәdricәn kredit verilmәsini bәrpa etmәyә başlayıblar.