BolgeXeber.Com » Mədəniyyət » Bakıda ilk dəfə Dolma Festivalı keçirilib-VİDEO

Bakıda ilk dəfə Dolma Festivalı keçirilib-VİDEO

2-07-2016, 16:21
Oxunub: 4 743 Bakıda ilk dəfə Dolma Festivalı keçirilib-VİDEOFestivala tanınmış incəsənət xadimləri öz rəngarəng çıxışları ilə rəng qatıblar

İyulun 1-i Heydər Əliyev Fondunun, Abşeron rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanda I Beynəlxalq Dolma Festivalı keçirilib.

BTV bildirir ki,tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyev, Milli Kulinariya Mərkəzinin drektoru Tahir Əmiraslanov, ictimai xadimlər və KİV nümayəndələri iştirak edib.
Festivalın iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki Heydər Əliyev Parkına yürüş edib və Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə çiçəklər düzərək xatirəsini anıblar. Daha sonra isə “Neapol” restoranın festivalın rəmzi lenti kəsilərək müsabiqəyə start verilib. Müsabiqəyə respublikanın 24 rayonundan 400-ə yaxın iştirakçı qatılıb.
Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən 25 diplomatik korpus təmsilçiləri 200-yə yaxın qonaq iştirak edib. Beynəlxalq festivalda türkdilli dövlətlərlə yanaşı, dünyanın bir neçə ölkəsindən, o cümlədən İndoneziya və Ukraynadan gəlmiş qonaqlar iştirak edib, milli mətbəxlərinin yeməklərini sərgiləyiblər.
Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov bildirib ki, festival ölkənin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət edir.
Festivala tanınmış incəsənət xadimləri öz rəngarəng çıxışları ilə rəng qatıblar.