4 nəfərlik azərbaycanlı ailəsinin 120 manatlıq bayram süfrəsi
4-07-2016, 09:05
Oxunub: 5 219
Bayram süfrəsinin digər bir təamı olan plov üçün düyünün qiymətində ötən illə müqayiəsədə 1-2 manat artım var idi
Ramazan bayramına artıq sayılı günlər qalıb. Bu bayramda xəstələrin, qocaların, kimsəsizlərin ziyarəti vacibdir. Vacib olan həm də evlərdə bayram süfrəsinin açılmasıdır. Təbii ki, hərənin öz imkanına, cibinə görə.
Elə biz də bayram hazırlıqları üçün cibimizin imkan verib verməyəcəyini araşdırmaq üçün paytaxt bazarlarına üz tutduq. Başladıq iftar süfrəsinin olmazsa olması xurmadan. Paytaxt bazarlarında İran, Tunis, Mədinə, İsrail və digər yerlərdən gətirilmiş xurmalar almaq olar. Ölkələr kimi qiymətlər də fərqlidir - 3 manatdan 15 manata kimi. Satıcılar deyir ki, tələbat əsasən İrandan gətirilən xurmalaradır.
Bayram süfrəsinin digər bir təamı olan plov üçün düyünün qiymətində ötən illə müqayiəsədə 1-2 manat artım var idi. Hindistandan gətirilən, bir kiloqramı 2,50 qəpik olan düyülərə tələbat daha çoxdur. Yerli düyülərsə ötən illə müqayisədə bir qədər bahadır.
Qaysı, kişmiş , quru meyvələrin qiymətində də artım gözə çarpırdı. Bu da onunla əsaslandırılırdı ki, bu məhsullar ölkəyə əsasən xaricdən gətirilir, yəni yerli istehsal deyil.
Bir sözlə, alıcılar Ramazan süfrəsi üçün nəzərdə tutulan təamlardan xurmanın bir kilosunu 3-15 manata, düyünün bir kilosunu 2 manat 50 qəpik - 8 manata, qaysını 8-12 manata, kişmişi 5-9 manata, mal ətini 7 manata, qoyun ətini 10 manata, çərəzlərdən qoz-fındığı 5-11 manata ala bilərlər.
Bunların üzərinə meyvə-tərəvəzi, yağı da gəlsək o zaman görərik ki, 4 nəfərlik ailə üçün bayram süfrəsi orta hesabla 100-120 manata başa gəlir.(ANS TV)
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə