BolgeXeber.Com » Dünya » Müdafiə naziri öldürüldü

Müdafiə naziri öldürüldü

18-07-2012, 19:30
Oxunub: 4 062 Suriyada Milli Təhlükəsizlik Nazirliyinin binasına hücum olub.

Bolgexeber.com-un məlumatına görə, Suriya dövlət televiziyası ölkənin müdafiə naziri Davud Rajihanın öldürüldüyünü açıqlayıb.

Artıq 3 günə yaxındır ki gərginliyin yaşandığı Suriyanın paytaxtı Şamda bugünkü intihar hücumu böyük sarsıntı yaradıb. Sui-qəsd hücumunun bir sıra nazirlərlə yüksək vəzifəli təhlükəsizlik məmurlarının keçirdikləri toplantı zamanı baş verdiyi deyilir.

Əl Cəzirə isə müxalif mənbələrə istinadə edərək hərbi kəşfiyyat rəhbəri və Suriya prezidenti Bəşər əsədin bacısı Büşranın həyat yodaşı Asif Şevketin də öldüyünü açıqlayıb.