BolgeXeber.Com » Analitika » İslam NATO-su yaradılır?

İslam NATO-su yaradılır?

18-07-2012, 19:45
Oxunub: 5 625 Üzeyir Cəfərov: “Bununla, proseslərə kənardan müdaxilənin qarşısını almaq olar”

Türkiyənin “Səadət” Partiyasının sədri Mustafa Kamalakın Mərakeşdə səsləndirdiyi fikirlər nəinki Türkiyə, hətta dünya mətbuatında belə ciddi müzakirələrə səbəb olub. Belə ki, Mustafa Kamalak Mərakeşin baş naziri Əbdel-İlyah Kiran və xarici işlər naziri Səadəddin Osmani ilə görüşündə İslam ölkələrinin hərbi təşkilatını və ya öz təbiriliylə desək, “İslam NATO”su yaratmağı təklif edib.

“Bu gün İslam ölkələrində baş verən hadisələr Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın İslam sühlsevər qüvələri yaratmaq təklifində necə haqlı olduğunu bir daha sübut etdi. Biz İslam ölkələrindəki oyanışı ürəkdən alqışlayırıq və uğur qazanılması üçün dua edirik. Amma Qərb ölkələri, bu prosesin özlərinin xeyrinə getməsi üçün səylərini əsirgəmir. Biz isə öz münaiqşələrimi yox, birlik və bütövlüyümüzü irəli çəkməliyik”, - deyə türkiyəli partiya sədri vurğulayıb.
Mustafa Kamalakın təklifini “Üç nöqtə”yə şərh edən hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, bu, müsbət məsələdir və baş tutması istiqamətində elə də ciddi problemlər görümür.

“Belə bir itifaqın yaradılması, müsəlman ölkələrinə dayaq və təhlükəsizliyin təminatı deməkdir. Bununla, həm də müsəlman ölkələri arasında münaqişələrin tənzimlənməsi və gərginliyin azaldılması da mümkündür. Bu gün NATO var və bir sıra məsələlərdə yaxından iştirak edir. Amma Qarabağ məsələsinə gəldikdə, yaxalarını kənara çəkib ATƏT-i göstərirlər. Digər tərəfdən, bu gün NATO-da xristian ölkələri və onların maraqlarının üstünlük təşkil etməsi şübhə doğurmur. Qərbin müsəlman şərində heç də həmişə ədalətli davrananması, müsəlman ölkələrinin özünün hərbi blok yaratmaq zırurətini ortaya çıxarır”.

Ekspert hesab edir ki, Türkiyə bu təşəbbüslə dövlət səviyyəsində məşul olmalı, dövlətlərlə danışıqlara başlamalıdır: “Bu gün bir sıra müsəlman ölkələri arasında münasibətlərin normal olmadığı şübhə doğurmur. Həm siyasi, həm də müdafiə baxımından onların bir araya gətirilməsi, məhz bu təşkilatın formalaşma prosesində baş tuta bilər. Eyni zamanda, İslam ölkələrində baş verən hadisələrə kənar qüvvələrin müdaxiləsinin qarşısı alınmış olar”.Azərbaycanın belə bir qurumu dəstəkləyib-dəstəkləməyəcəyi barədə suala cavab olaraq Üzeyir Cəfərov qeyd etdi ki, Azərbaycan hərbi blolara münasibətdə bir qədər ehtiyatlı davranır: “Amma ehsab edirəm ki, ortada konrket təklif olsa, Azərbayacn özünün siyasi, diplomatik dəstəyini əsirgməyəcək. Bu, həm də Azərbaycan üçün önəmlidir”.


Rüfət