BolgeXeber.Com » Gündəm » Övladları əlindən alınan ana fəryad etdi-VİDEO

Övladları əlindən alınan ana fəryad etdi-VİDEO

8-07-2016, 12:36
Oxunub: 3 144 Övladları əlindən alınan ana fəryad etdi-VİDEO“Get,özünü yandır bəlkə onda səsini kimsə eşidər.”

Xaçmaz şəhər sakini Fatimə Səfərli övladları əlindən alındığı üçün fəryad edir. Belə ki,şikayətçi xanım yoldaşı tərəfindən olunan şiddətlərə,işgəncələrə dözməyərək 2010-cu ildə Şamil Qədirovdan ayrılıb.Lakin Fatimə yağışdan çıxıb,yağmura düşüb.Təfərrüatı ilə desək artıq zülümdən qurtardığını düşünən Fatimə daha betəri ilə üzləşib.
Yalniz övladlarının gələcəyini düşünən Fatiməyə keçmiş həyat yoldaşı Samil Qədirov 2015-cu ilin noyabrında iki övladını əlindən almaqla böyük zərbə vurub.
F.Səfərli əlaqədar orqanların onun hüquqlarını tapdadığını deyir.O bildirir ki, boşanma zamanı məhkəmənin qərarı ilə uşaqlar ona verilib,lakin ,ata qeyri-qanuni olaraq uşaqları götürüb saxlayır və heç bir aidiyyatı qurum da ona gözün üstündə qaşın var demir.Məhkəmənin qərarına qarşı çıxan icraçılar dəfələrlə Fatiməni döyərək,idarədən qovublar və hətta ona məsləhət də veriblər ki, “get,özünü yandır bəlkə onda səsini kimsə eşidər.”
BTV olaraq Məsələyə aydınlıq gətirmək üçün Şabran rayon Məhkəməsi ilə əlaqə yaratmağa cəhd etsək də,cəhdlərimiz boşa çıxdı.
Sonda dərdinə dərman tapılması üçün Fatimə prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya müraciət edərək,onlardan kömək istədi.
Hər halda hər kəs öz üzərinə düşən vəzifəni icra edərsə nə ana balasız qalar,nə də ədalət “əd”-siz !
Bolgexeber.com