BolgeXeber.Com » Dünya » Suriyanın birinci xanımı Rusiyaya qaçdı

Suriyanın birinci xanımı Rusiyaya qaçdı

19-07-2012, 12:15
Oxunub: 4 242 “Əsəd təyyarə ilə Lazkiyə şəhərinə, həyat yoldaşı Esma Esae isə Rusiyaya göndərilib”

Britaniyada nəşr olunan “The Guardian” qəzeti dünən Dəməşqdə Milli Təhlükəsizlik Xidmətinin binasında baş verən partlayış zamanı prezident Bəşər Əsədin yaralandığını iddia edib. APA-nın məlumatına görə, qəzet yaralanmış prezidentin təyyarə ilə Lazkiyə lişam şəhərinə aparıldığını, həyat yoldaşı Esma Esaenin isə təyyarə ilə Rusiyaya göndərildiyini yazıb.

Xatırladaq ki, dünən Milli Təhlükəsizlik Xidmətinin binasında törədilən terror aktı nəticəsində müdafiə naziri Davud Raciha, müdafiə nazirinin müavini (Bəşər Əsədin qaynı) Asif Şevkət, sabiq müdafiə naziri Məhəmməd Türkmən ölüb, bir neçə nəfər, o cümlədən Suriyanın daxili işlər naziri İbrahim el-Saar və Ali Təhlükəsizlik Şurasının sədri Hişam Bəxtiyar yaralanıb. Terror aktına görə məsuliyyəti öz üzərinə götürən müxalif Suriya Azadlıq Ordusu hadisənin intihar hücumu olmadığını bildirib. Müxalifət liderlərindən biri “Assosiated Press”ə telefonla verdiyi açıqlamada generallar və nazirlərin birgə iclasının keçiriləcəyi salona bomba yerləşdirdiklərini bildirib. Bundan əvvəl yayılan xəbərlərdə kamikadze hücumunu prezident Bəşər Əsədin mühafizəçilərindən birinin həyata keçirdiyi bildirilirdi.