BolgeXeber.Com » İdman » Portuqaliya Avropa çempionatının finalında - VİDEO

Portuqaliya Avropa çempionatının finalında - VİDEO

7-07-2016, 09:12
Oxunub: 4 058 Portuqaliya Avropa çempionatının finalında - VİDEOFransada keçirilən Avropa çempionatı davam edir

Qaynarinfo.az xəbər verir ki, bu gecə turnirin yarımfinal mərhələsinə start verilib.

İlk yarımfinal matçında Portuqaliya və Uels milliləri qarşılaşıb. Oyun portuqaliyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 50-ci dəqiqədə Kriştiano Ronaldo açıb. 4 dəqiqə sonra isə onun ötürməsini Nani qola çevirib. Bununla da Portuqaliya finala çıxıb.

Bu oyun həm də "Real"ın iki ulduzunun, dünyanın iki ən bahalı transferini qarşıdurması kimi maraqlı idi. Belə ki, Portuqaliya yığmasından Kriştiano Ronaldo "Real"dakı komanda yoldaşı Qaret Beyli mübarizədən kənarlaşdırmağa kənarlaşdırıb. Ronaldo komandasını bir qol və bir ötürmə ilə finala çıxarsa da, Beyl Uelsə heç nəylə kömək edə bilməyib.

Portuqaliya millisi tarixində ikinci dəfə finala çıxmağa çıxıb. Onlar 7-ci dəfə qatıldıqları turnirdə bir dəfə - özlərinin ev sahibliyi etdikləri "AVRO-2014"də finala çıxsalar da, Yunanıstana uduzaraq ikinci olmuşdular. Bu gecə Portuqaliya yığması 12 illik həsrətə son qoyub.

Uels isə tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb.

Avropa çempionatı
Yarımfinal
6 iyun

Portuqaliya - Uels 2:0
Qollar: Kriştiano Ronaldo, 50. Nani, 54.
Portuqaliya: 1. Rui Patrisio, 2. Bruno Alves, 4. Joze Fonte, 5. Rafael Qerrero, 7. Kriştiano Ronaldo (k), 10. Joa Mario, 13. Danilo, 16. Renato Sançes (15. Andre Qomes, 74), 17. Nani (20. Rikardo Kuareşma, 86), 21. Kedrik Soares, 23. Adrien Silva (8. Joa Moutinyo, 78).
Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Eduardo, 3. Pepe, 6. Rikardo Karvalyo, 9. Eder, 11. Vierinya, 14. Villiam Karvalyo, 18. Rafa Silva, 19. Eliseu.
Baş məşqçi: Fernando Santos.
Uels: 1. Ueyn Hennessi, 2. Kris Qunter, 3. Neyl Teylor, 5. Ceyms Çester, 6. Eşli Uilyams (k), 7. Co Allen, 8. Endi Kinq, 9. Hal Robson-Kanu (23. Simon Kurç, 63), 11. Qaret Beyl, 16. Co Ledli (18. Sem Vouks, 58), 19. Ceyms Kollins (20. Conatan Uilyams, 66).
Ehtiyat oyunçular: 12. Oveyn Fon Uilyams, 21. Denni Uard, 4. Ben Deyvis, 10. Aron Ramsey, 13. Corc Uilyams, 14. Devid Eduards, 15. Cazz Riçards, 17. Devid Kotterill, 22. Devid Vuqan.
Baş məşqçi: Kris Koleman.
Sarı vərəqələr: Bruno Alves, 71. Kriştiano Ronaldo, 72 - Ceyms Çester, 62. Qaret Beyl, 88.
Hakimlər: Yonas Eriksson, Matias Klasenyus, Daniel Varnmark (İsveç), Şimon Marçinyak (Polşa).
Əlavə köməkçi hakimlər: Stefan Yohannesson, Markus Stromberqsson (İsveç).
Ehtiyat yan xətt hakimi: Pavel Sokolniçki (Polşa).
Hakim-inspektor: Mark Batta (Fransa).
UEFA nümayəndəsi: Martin Sturkenbum (Hollandiya).
Lion. Şəhər stadionu.