Putin yenə "yoxa çıxdı"
7-07-2016, 17:19
Oxunub: 2 692
Rusiya prezidenti Vladimir Putini sonuncu dəfə publika qarşısında iyulun 1-də Finlandiyaya səfəri zamanı görüblər və həmin gündən etibarən onun harada olduğu açıqlanmır
Hərçənd ki, "qeybə çəkilən" Putin iyulun 7-də axşam ABŞ prezidenti Barak Obama ilə telefon danışığı aparıb. Tərəflər Suriya, Ukrayna və Qarabağ məsələsini müzakirə ediblər.
Bolgexeber.com virtualaz.org-a istinadən xəbər verir ki, bundan əvvəl də Putin arabir (əsasən yay aylarında) harasa "qeyb olurdu" və dərhal onun barəsində ən müxtəlif şayiələr yayılırdı. Hətta ötən il Putin bu cür "qeyb olanda" onun hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırıldığı haqda şayiələr də yayılmışdı.
İndi Putin təxminən bir həftəlik "yoxa çıxmadan" sonra ABŞ prezidenti ilə telefon danışığı aparsa da yaxın bir həftə ərzində Rusiyanın regionlarına planlaşdırdığı üç səfəri təxirə salıb. Bu haqda Kremlə yaxın mənbələr RBC agentliyinə bildirib.
Söhbət Altay, Yakutiya və Novqorod vilayətlərinə əvvəlcədən planlaşdırılmış səfərlərdən gedir. RBC xatırladır ki, Putin publika qarşısında sonuncu dəfə iyulun 1-də Finlandiyada görünüb.
Putinin sözçüsü Dmitri Peskov isə deyib ki, həmin səfərlər anons edilməmişdi, ancaq "təxmin olunan onlarla tədbir" arasında idi. Məlumata görə, Putin iyulun 5-də Dövlət Şurasının rəyasət heyətinin iclasında iştirak etməliydi, ancaq tədbir təxirə salınıb. Yakutiyada isə iyulun 6-da "Asiya Uşaqları" oyunlarının açılışı və Rusiya Xalq Cəbhəsinin regionlararası konfransı olmalıydı, həmin tədbirlərdə Putinin iştirakı da nəzərdə tutulmuşdu.
Novqorod vilayətində isə Putin "Akron" istehsalat birliyinə baş çəkməli idi. Bu tədbir də təxirə salınıb. "Vedemosti" də Putinin proqramlarının təxirə salındığını təsdiqləyir. Qəzetə məlumat verən mənbə xüsusən Dövlət Şurasının rəyasət heyətinin iclasının təxirə salınmasını "gözlənilməz" hesab edib.
Yakutiya prezidenti Yeqor Borisov isə Putinin bu respublikaya səfərinin təxirə salınmasını "dramatikləşdirməməyə" çağırıb. "Prezident iyulun əvvəllərində nəzərdə tutulmuş qrafikində dəyişiklik edib, onun özünün qrafiki var, bəzən dəyişə bilir", - Borisov deyib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər