BolgeXeber.Com » İdman » "Alman maşını" dayandı- "Avro-2016"-da final: Portuqaliya - Fransa - VİDEO

"Alman maşını" dayandı- "Avro-2016"-da final: Portuqaliya - Fransa - VİDEO

8-07-2016, 09:26
Oxunub: 4 589 "Alman maşını" dayandı- "Avro-2016"-da final: Portuqaliya - Fransa - VİDEOFransada keçirilən Avropa çempionatı sona yaxınlaşır

Bolgexeber.com Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu gecə ikinci finalçı müəyyənləşibİkinci yarımfinal matçında Almaniya meydan sahibi Fransanı sınağa çəkib. Hesab ilk yarının əlavə vaxtında açılıb. Bastian Şvaynştaygerin əllə oyununa görə təyin edilmiş penaltini Antoine Qrizmann qapıdan keçrib. Futbolçu 72-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Beləliklə, hər iki yarımfinal matçı eyni hesabla başa çatıb - 2:0.

Bununla da finalın adı müəyyənləşib. İyunun 10-da keçiriləcək həlledici qarşılaşmada Fransa və Portuqaliya milliləri qarşılaşacaq.

Qeyd edək ki, Fransa tarixində 3-cü dəfə finala çıxmaqla yanaşı, bu həyacanı 16 illik fasilədən sonra yaşamaq hüququ qazanıb. Belə ki, fransızlar indiyədək iki dəfə - 1984 və 2000-ci illərdə Avropa çempionatının finalına çıxaraq qalibi adını qazanıblar.

Almaniya isə Avropa çempionatlarında daha təcrübəlidi. Belə ki, 1972, 1976, 1980, 1992, 1996 və 2008-ci illərdə oynayan almanlar 3 dəfə qalib olub (1972, 1980, 1996), 3 dəfə ikinciliklə kifayətlənib (1976, 1992, 2008). Almaniya millisi sonuncu dəfə 2008-ci ildə final həyacanı yaşayıb.

Avropa çempionatı
Yarımfinal
7 iyul

23.00 Almaniya - Fransa 0:2
Qollar: Antoine Qrizmann, 45+2-pen; 72.
Almaniya: 1. Manuel Noyer (k), 3. Yonas Hektor, 4. Benedikt Hövedes, 7. Bastian Şvaynştayger (20. Leroy Sane, 79), 8. Mesut Özil, 11. Yulian Draksler, 13. Tomas Müller, 14. Emrə Can (19. Mario Götze, 67), 17. Jerom Boatenq (2. Şkodran Mustafi, 61), 18. Toni Kroos, 21. Coşua Kimmix.
Ehtiyat oyunçular: 12. Bernd Leno, 22. Mark-Andre ter Şteqen, 6. Sami Kedira, 9. Andre Şkürrle, 10. Lukas Podolski, 15. Yulian Veyql, 16. Conatan Tah, 23. Mario Qomes.
Baş məşqçi: Yoahim Löv.
Fransa: 1. Hüqo Lloris (k), 3. Patrik Evra, 7. Antoine Qrizmann (6. Yohan Kabaye, 90+1), 8. Dimitri Payet (5. N`Qolo Kante, 71), 9. Oliver Qrioud (10. Andre Qiqnac, 78), 14. Blayse Matuidi, 15. Paul Poqba, 18. Mussa Sissoko, 19. Bakari Saqna, 21. Loren Koselni, 22. Samuel Umtiti.
Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Benoit Kostil, 2. Kristof Jallet, 4. Adil Rami, 11. Antoni Martial, 12. Morqan Şneyderlin, 13. Eliaqum Manqala, 17. Lukas Digne, 20. Kinqsli Kuman.
Baş məşqçi: Didye Deşam.
Sarı vərəqələr: Emrə Can, 36. Bastian Şvaynştayger, 45+1. Mesut Özil, 45+1. Yulian Draksler, 50 - Patrik Evra, 43. N`Qolo Kante, 75.
Hakimlər: Nikola Ritsoli, Elenito di Liberatore, Mauro Tonolini (İtaliya), Damir Skomina (Sloveniya).
Əlavə köməkçi hakimlər: Daniele Orsato, Antonio Damato (İtaliya).
Ehtiyat yan xətt hakimi: Yure Praprotnik (Sloveniya).
Hakim-inspektor: Hyuq Dallas (Şotlandiya).
UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn).
Marsel. “Velodrom” stadionu.