BolgeXeber.Com » İdman » Daha bir ağırlıqqaldıranımız dopinqdə “ilişib”

Daha bir ağırlıqqaldıranımız dopinqdə “ilişib”

8-07-2016, 11:25
Oxunub: 2 974 Daha bir ağırlıqqaldıranımız dopinqdə “ilişib”Əgər dopinqdən istifadə təsdiqlənərsə, onların cəzaları açıqlanacaq

Beynəlxalq Ağır Atletika Federasiyası Pekin Yay Olimpiya Oyunlarında dopinq testi müsbət nəticə verən daha 3 idmançının adını açıqlayıb.

Bolgexeber.com Apasport.az-a istinadən xəbər verir ki, siyahıda Azərbaycan millisinin ağırlıqqaldıranı Sərdar Həsənov da var.

Belə ki, Pekin-2008-də 31 yaşlı idmançımızdan götürülən analiz təkrar yoxlamada müsbət nəticə verib. Onun orqanizmində deqidroxlorometiltestosteron aşkarlanıb.

Bu səbəbdən də Beynəlxalq Ağır Atletika Federasiyası Həsənovu, həmçinin Tiqran Martirosyan (Ermənistan) və Sibel Ozkanı (Türkiyə) yekun qərar verilənədək bütün yarışlardan diskvalifikasiya edib. Əgər dopinqdən istifadə təsdiqlənərsə, onların cəzaları açıqlanacaq.

Qeyd edək ki, Həsənova kimi yığmamızın digər üzvü Boyanka Kostova da London-2012-də istifadəsi qadağan olunan preparatlardan istifadədə günahlandırılıb. Onun orqanizmində deqidroxlorometiltestosteron və stanozolol maddələri aşkarlanıb.

Kostova və Həsənovdan fərqli, ABŞ-ın Hyuston şəhərində təşkil olunan dünya çempionatında dopinq testdən keçə bilməyən Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il müddətinə diskvalifikasiya olunub.