BolgeXeber.Com » Gündəm » Bakıda çörəkbişirmə sexində qadına qarşı zor tətbiq olunub

Bakıda çörəkbişirmə sexində qadına qarşı zor tətbiq olunub

19-11-2010, 15:10
Oxunub: 5 737 Naməlum şəxs oradan pul aparıb

Bakının Nərimanov rayonunda çörək sexinə basqın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxs, Bakı şəhər sakini, Rəna Əliyevaya məxsus çörək sexinə gələrək, oranın işçisi, Lətifə İsmayılovaya qarşı zor tətbiq edib. O, hadisə yerindən uzaqlaşarkən oradan pul aparıb.

Naməlum şəxsin tutularaq məsuliyyətə cəlb olunması istiqamətində ilkin əməliyyat-axtarış tədbirləri aparılır.