BolgeXeber.Com » Sosial » “Rusiyada borclular meşələrdə gizlənə bilir, bizdə meşə də yoxdur”

“Rusiyada borclular meşələrdə gizlənə bilir, bizdə meşə də yoxdur”

9-07-2016, 20:13
Oxunub: 4 010 “Rusiyada borclular meşələrdə gizlənə bilir, bizdə meşə də yoxdur”Mehman Əliyev: “Bizdə borc problemindən “çıxış yolu” intihardır”

Rusiya mətbuatının verdiyi məlumata görə, bugünlərdə Kostroma şəhər sakini banka olan borcunu ödəmyə bilmədiyi üçün meşəyə qaçıb. Meşədə özünə sığınacaq quran 38 yaşlı şəxsin yeri yalnız bir müddət keçəndən sonra bəlli olub və onu həmin meşədən polis əməkdaşlarının köməyi sayəsində çıxartmaq mümkün olub.
Maraqlıdır, Azərbaycanda bank borcunun Rusiya ilə müqayisədə daha kritik olduğunu nəzərə alsaq, ehtimal etmək olarmı ki, yaxın gələcəkdə Azərbaycanda da borcluların meşələrə kütləvi axını reallaşacaq?
Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Azərbaycan insanının bu imkandan da məhrum olduğunu bildirib:
“Rusiyada banka borcu olan hansısa bir şəxsin bankdan gizlənmək üçün meşəyə qaçması mümkündür. Lakin Azərbaycanda bu da mümkün deyil. Çünki bizdə gizlənmək üçün meşə də yoxdur. Bizdə bank borcu olan, çıxılmaz vəziyyətə düşən insanlar bəzi hallarda intihar edirlər. Hesab edirəm ki, dövlət bu problemin nizama slalınması istiqamətində lazımi addımlar atmasa, o zaman yaxın gələcəkdə də intiharlar vətəndaşların bank problemindən əsas “çıxış yolu” olacaq.
Bu problemin həll edilməsi dövlətin borcudur və dövlət öz vətəndaşlarını bu ağır vəziyyətdən xilas etməlidir”.