BolgeXeber.Com » Fotoqalereya » Razim Məmmədovdan sahibkarlara zərbə - VİDEOŞİKAYƏT+ FOTOLAR

Razim Məmmədovdan sahibkarlara zərbə - VİDEOŞİKAYƏT+ FOTOLAR

12-07-2016, 17:26
Oxunub: 3 937 Razim Məmmədovdan sahibkarlara zərbə - VİDEOŞİKAYƏT+ FOTOLARBaş vermiş yanğın hadisəsi ilə bağlı müəmmalar isə davam etməkdədir

Xətainin icra başçısı yanan «maşın bazarı»nı bağlamaq istəyir Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl paytaxtın 8-ci km yaşayış sahəsində yerləşən “maşın bazarı”nda güclü yanğın baş verdi. Belə ki, yanğın “Qarabağlılar” kafesinin arxasından keçən elektrik xətlərində yaranan qısa qapanmadan baş verib. Qısa zamanda yanğın maşın bazarındakı mağazaları da bürüyüb. Yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını cəlb olunub. Sahibkarlar bildiriblər ki, hadisə nəticəsində bazarda olan 3 ticarət çərgəsinin birinci sırası tam, ikinci sıranın isə bir hissəsi yanıb: "Hadisə nəticəsində 60-dan çox mağaza və köşk tamamilə yanıb. Həmin sıradan heç nə çıxarmaq mümkün olmayıb. Ümumilikdə, 1000 kvadratmetrə yaxın ərazidəki bütün mağazalar yanıb". Baş vermiş yanğın hadisəsi ilə bağlı müəmmalar isə davam etməkdədir. Bəzi iddialara əsasən, bazar bilərəkdən yandırılıb. Ehtimallara görə, yüksək rütbəli məmurlardan birinin sözügedən bazarın ərazisinə gözü düşüb və o nə yolla olur-olsun buranı ələ keçirməkdə israrlıdır. Gundelik-baku.com saytına daxil olan məlumatlara görə, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun müavinlərindən biri bu gün bazara gələrək buranın bağlanacağı barədə sahibkarlara xəbərdarlıq edib. Sahibkarlar icra hakimiyyətinin rəsmisi ilə söhbəti lentə alaraq fotolarla birlikdə redaksiyamıza göndəriblər. Həmin görüntüləri sizə təqdim edirik. Qarşı tərəfi də dinləyə bilərik.
Gundelik-baku.com
Razim Məmmədovdan sahibkarlara zərbə - VİDEOŞİKAYƏT+ FOTOLAR
Razim Məmmədovdan sahibkarlara zərbə - VİDEOŞİKAYƏT+ FOTOLAR
Razim Məmmədovdan sahibkarlara zərbə - VİDEOŞİKAYƏT+ FOTOLAR