BolgeXeber.Com » İqtisadiyyat » Dollar və avro bahalaşdı – Rəsmi

Dollar və avro bahalaşdı – Rəsmi

13-07-2016, 10:27
Oxunub: 3 630 Dollar və avro bahalaşdı – RəsmiManatın bu günə olan rəsmi məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, dolların manata nisbətdə məzənnəsi iyul ayının 12-si ilə müqayisədə 0,2% artaraq 1,5549 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,7% möhkəmlənərək 1,7203 manat olub.

Rus rublu da manata nisbətən 0,4% möhkəmlənərək 0,0243 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsi də manata nisbətən bahalaşıb. Lirə 0,5% artaraq 0,5376 manata çatıb.