BolgeXeber.Com » Xəbərlər » Bakıda uşaqların evlərin eyvan və pəncərələrindən yıxılaraq ölməsi faktlarına görə cinayət işləri başlanıb - RƏSMİ

Bakıda uşaqların evlərin eyvan və pəncərələrindən yıxılaraq ölməsi faktlarına görə cinayət işləri başlanıb - RƏSMİ

13-07-2016, 13:13
Oxunub: 2 230 Bakıda uşaqların evlərin eyvan və pəncərələrindən yıxılaraq ölməsi faktlarına görə cinayət işləri başlanıb - RƏSMİBakıda uşaqların evlərin eyvan və pəncərələrindən yıxılaraq ölməsi faktlarına görə cinayət işləri başlanıb

Bolgexeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.
Rəsmi məlumatda bildirilib ki, son vaxtlar bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı səbəbindən azyaşlı övladlarının nəzarətsiz olmaları nəticəsində yaşadıqları mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri hadisələrinin sayının artması ictimaiyyəti ciddi narahat edir: “Belə ki, mayın 12-də paytaxtın Nizami rayonunda 3 yaşlı İsa Vəliyevin, mayın 28-də 3 yaşlı Jalə İbrahimovanın, iyunun 28-də Binəqədi rayonunda 2 yaşlı İmran Quliyevin, iyulun 3-də 5 yaşlı Nadir Xəlilovun və iyulun 10-da Pirallahı rayonunda 2 yaşlı Arzu Abışzadənin yaşadıqları çoxmərtəbəli mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri faktları qeydə alınıb”.
Məlumata görə, aidiyyəti rayon prokurorluğu və polis orqanları əməkdaşları tərəfindən hadisə yerlərinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi ekspertizaları təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Qeyd olunan faktlar üzrə müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işləri başlanıb və istintaq aparılır.
Ailələrin faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmalarını tövsiyə edirik.