BolgeXeber.Com » Gündəm » Ucarda şəhid ailəsinin ev növbəsini satıblar-VİDEO

Ucarda şəhid ailəsinin ev növbəsini satıblar-VİDEO

13-07-2016, 16:35
Oxunub: 5 738 Ucarda şəhid ailəsinin ev növbəsini satıblar-VİDEOBu açıq-aşkar korrupsiya cinayətidir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin vəzifəli şəxsləri ilə Ucar RİH-nin müavini Məhəmməd Bayramov rüşvət alıb ediblər

Ucar rayonu Bağman kənd sakini şəhid övladı Sahib Sahib oğlu Kərimov tərəfindən BTV-yə şikayət məktubu daxil olub.Sahib Kərimov bildirir ki,atası Sahib Fərman oğlu Kərimov Qarabağın azadlığı uğrunda gedən müharibədə Ağdamın Malıbəyli kəndi istiqamətində gedən döyüşlər zamanı 23.04.1994-cü il tarixdə şəhid olub.Məhz buna görə də övladına onun adını qoyublar.Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəhid ailələri dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər.Şikayətçi deyir ki,onların evləri yoxdur, babasının evində 11 nəfərlik ailə ilə birlikdə darısqal.,acınacaqlı bir vəziyyətdə yaşayırlar.
Buna görə də onlar mənzil növbəsinə dayanıblar. Ucar rayon İcra Hakimiyyətində əlil olmuş şəxslərin və şəhid ailələrinin siyahısında 13 -cü yerdə qeydə alınıblar.Lakin saxtakarlıq edilərək 13-cu yer Ucar rayonu Bərgüşad kəndi sakini Nurməmmədova Şahin satılıb.Bunu bilib öyrəndikdə Şahin Nurməmmədov deyib ki, buna görə ondan rüşvət alıblar.Bütün bu qanunsuzluğa görə məsulıiyyət Ucar rayon İcra Hakimiyyətinin şöbə müdiri Məhəmməd Bayramovun üzərinə düşür.
Bu açıq-aşkar korrupsiya cinayətidir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin vəzifəli şəxsləri ilə Ucar RİH-nin müavini Məhəmməd Bayramov rüşvət alıb ediblər.
Məsələ ilə bağlı Ucar rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı.
Hər halda şəhidin ruhuna hörmətsizlik edən bu korrupsioner məmurlar cəzalanmalıdırlar ki, digərlərinə də dərs olsun.
Bolgexeber.com