BolgeXeber.Com » Dünya » "The Daily Mail" də Qorxmaz Hüseynovu "təriflədi"... - Azərbaycanda krandan su içmək təhlükəlidir

"The Daily Mail" də Qorxmaz Hüseynovu "təriflədi"... - Azərbaycanda krandan su içmək təhlükəlidir

13-07-2016, 17:02
Oxunub: 2 490 "The Daily Mail" də Qorxmaz Hüseynovu "təriflədi"... - Azərbaycanda krandan su içmək təhlükəlidirBritaniyalılar kran suyunun təhlükəli olduğu ölkələrin siyahısını tərtib ediblər

Britaniyanın “The Daily Mail” nəşri turistlər üçün kran suyunun içməli olduğu ölkələrin xəritəsini tərtib edib.

Bu nöqteyi-nəzərdən Avropa ölkələri daha təhlükəsizdir, amma heç də hamısı yox. Məsələn, Sloveniyada rahatlıqla kran suyunu içmək olar, amma qonşu Xorvatiyada bunu etmək lazım deyil.

Baltikyanı ölkələrdə də vəziyyət dəyişkəndir – daha çox təhlükəsiz olanlar Finlandiya və Latviyadır, Estoniya və Litva isə təhlükəlidir.

Təhlükəli olan ölkələr sırasına Moldova, Belarus, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan, Azərbaycan və Qazaxıstan, həmçinin Bolqarıstan, Monte-Neqro, Kipr və bir sıra ölkələr daxildir/oxu.az/.