BolgeXeber.Com » Xəbərlər » Azərbaycan və Ukrayna prezidentləri arasında görüş başlayıb-FOTOLAR

Azərbaycan və Ukrayna prezidentləri arasında görüş başlayıb-FOTOLAR

14-07-2016, 12:02
Oxunub: 1 835 Azərbaycan və Ukrayna prezidentləri arasında görüş başlayıb-FOTOLARÖlkə liderləri KİV üçün bəyanat verəcəklər

Bakıda rəsmi səfərdə olan Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü başladı.

Prezidentlərin təkbətək görüşündən sonra onların sədrliyi ilə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası başlayacaq.

İclasın nəticələrinə görə, ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Əsasən, Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclasının protokolunun, iki ölkənin gömrük orqanları arasında hava nəqliyyatı ilə daşınma zamanı gömrük qayda pozuntuları ilə mübarizə sahəsində sənədin, eləcə də iki ölkənin mədəniyyət nazirlikləri arasında 2016-2020-ci illər üçün mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq proqramının imzalanması gözlənilir.

Sənədlərin imzalanmasından sonra iki ölkə lideri KİV üçün bəyanat verəcək.
Azərbaycan və Ukrayna prezidentləri arasında görüş başlayıb-FOTOLAR
Azərbaycan və Ukrayna prezidentləri arasında görüş başlayıb-FOTOLAR