BolgeXeber.Com » Gündəm » Azərbaycan səhiyyəsi adına daha bir utanc: həkimlər məhkəmə qarşısında

Azərbaycan səhiyyəsi adına daha bir utanc: həkimlər məhkəmə qarşısında

15-07-2016, 10:29
Oxunub: 3 591 Azərbaycan səhiyyəsi adına daha bir utanc: həkimlər məhkəmə qarşısındaMəhkəməyə təqdim edilən iddia ərizəsində Sumqayıtda yerləşən “Real” tibb mərkəzi, Sumqayıt Şəhər Uşaq Xəstəxanası, Elmi Tədqiqat Pediaterial İnistitutu göstərilib

Azərbaycan səhiyyəsində baş verən qanunsuzluqlar seriyası artıq faciələr və acıtəəssüflərə çevrilməkdədir. Belə bir olayla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmanı diqqətinizə çatdırırıq. Zərərçəkən Sumqayıt şəhər sakini Kərimov Ramin Vahid oğlunun başına gələnlərə diqqət yetirdikdə Azərbaycan həkimlərinin Hippokrata deyil, hansısa mifoloji şər qüvvəyə and içdiklərini düşünürsən.
R.Kərimovun azyaşlı övladı Rauf ötən il, oktyabrın 12-də bərk xəstələnir, təcili yardım çağırırlar. Təcili yardımda gələn həkimlər uşağın ya diş çıxardığını, ya da boğazının ağrıdığını, hərarətin də bundan yarandığını bildirirlər. Ağrıkəsici iynə vurulur. Ancaq ertəsi gün uşağın hərarəti daha da artır və balaca Raufu Sumqayıt şəhər Uşaq xəstəxanasına gətirirlər. Burda 5 AZN müqabilində xəstə qəbul edilir və dərhal reanimasiya şöbəsinə yerləşdirilir və dərhal ikinci sistem vurulur. Sabahısı gün isə reanimasiya şöbəsinin baş həkimi Firdovsi Abbasov xəstəni müayinə edir və onun rentgendən keçməsini məsləhət görür.

Reanimasiya şöbəsinin rentgen cavablarından sonra həkim Rauf Kərimlini vərəm dispanserində rentgenə göndərir. Həkim F.Abbasov vərəm dispanserinin ilk rentgenindən də razı qalmır və balaca Rauf ikinci dəfə eyni analizlərə göndərilir( onu da bildirək ki, həm reanimasiyada, həm də vərəm dispanserində analizlər üçün ödənişlər edilir, bütün xidmətlər üçün pul alınır). Nəhayət, 3 rentgen analizindən sonra həkimlər belə qərara gəlir ki, Rauf Kərimli üzərində heç bir cərrahiyyə əməliyyatı aparılmasına ehtiyyac yoxdu, sadəcə uşağa antibiotiklər vurulmalıdı. Valideynə də bildirilir ki, soyuqdəyməyə qarşı müalicə aparıldıqdan sonra uşağın ağ ciyərinin aşağı payına yığılmış su şprislə çəkib çıxarılacaq. Ata uşağı Bakıya aparmaq istəsə də həkim Abbasov buna etiraz edir və xəstənin sağalacağına söz verir. Belə liklə, əsl bazar qaydaları ilə müalicə başlayır. Xəstəxanada olan dərmanların ödənişi edilməklə( məsələn, sistem 25 manata), kənardan da dərmanlar aldırılır. Dörd günlük müalicədən sonra F.Abbasov xəstənin reanimasiyadan çıxarılmasını desə də valideyinin təkidi ilə, uşağın vəziyyətinin düzəlmədiyinə görə R.Kərimli ranimasiya saxlanılır.

Bu da elə belə başa gəlmir, valideyn uşağın reanimasiyada saxlanması üçün əlavə “hörmət” edəcəəyini deyir. Beləcə balaca Rauf rüanimasiyada saxlanılır və 9 gündən sonra palataya köçürülür. Palatada xəstəyə Rəsmiyyə adlı həkim təyin olunur. Ancaq az sonra xəstənin vəziyyəti dahada ağırlaşır. Rəsmiyyə həkim xəstəni Ağ Ciyər Xəstəlikləri İnsititutuna göndərir. Burda isə Nailə adlı həkim uşağı müaayinə etdikdən sonra bura aid xəstə olmadığını bildirib, onu Elmi Tədqiqat Pediaterial İnistituta ( “OMD” kimi tanınan xəstəxana) aparmağı məsləhət görür. Burda xəstə Əhmədov Heyrət həkimə tapşırılır, iki gün ərzində uşaq dəfələrlə rentgendən keçirilir, daha sonra MRT müayinəsi aparılır və nəhayət R.Kərimliyə “mədə deşilməsi, ciyərin deşilməsi, bağırsağın ciyərə girməsi” diaqnozu qoyulur. Heyrət həkim burda dəfələrlə uşağı ödənişli olan rentgen və digər müayinələrə göndərir. Valideynin etirazları isə nəzərə alınmır. Ardıcıl rengenlərdən sonra isə xəstəyə ağ ciyərində çirk olması diaqnozu qoyululur. Nəhayət Ramin Kərimov burda da həkimlərin məsuliyyətsizliyini görüb övladını həmin xəstəxanadan çıxararaq Mərkəzi Klinik xəstəxanaya yerləşdirir. Düzgün aparılan müayinə və müalicə nəticəsində uşaq qısa müddət ərzində sağalır. Həmçinin bu vaxta qədər aparılan müayinə və müalicənin tam yanlış olduğu üzə çıxır. Yanlışlıq elə bir həddə olub ki, hətta xəstənin qan qrupu da səhv müəyyənləşib.
Baş verənlər Azərbaycan səhiyyəsi adına növbəti bir utancdır. Bütün bunlardan sonra isə, valideyin çəkdiyi mənəvi istirabların, qanunsuz və heç bir nəticə verməyən xərclərin qarşılığı olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Məhkəməyə təqdim edilən iddia ərizəsində Sumqayıtda yerləşən “Real” tibb mərkəzi, Sumqayıt Şəhər Uşaq Xəstəxanası, Elmi Tədqiqat Pediaterial İnistitutu göstərilib.