BolgeXeber.Com » Bölgə » “Azərbaycan Bayrağı” ordenli şəhid Şahlar Allahverdiyevin baralyefinin açılışı oldu-Tərtərdə

“Azərbaycan Bayrağı” ordenli şəhid Şahlar Allahverdiyevin baralyefinin açılışı oldu-Tərtərdə

15-07-2016, 11:00
Oxunub: 3 350 “Azərbaycan Bayrağı” ordenli şəhid Şahlar Allahverdiyevin baralyefinin açılışı oldu-TərtərdəSarov kəndində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş həmyerlimiz, “Azərbaycan Bayrağı” ordenli Şahlar Allahverdiyevin baralyefinin açılışı oldu

Tərtər Rayonunun icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ziyalıların, veteranların, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə Sarov kənd İƏD üzrə nümayəndə Ramin Quliyev açdı. Əvvəlcə torpaqlarımız uğurunda şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sukutla yad edildi. Sonra Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qəhrəmanın ömür yolundan söhbət açdı, Qarabağ Müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğını dilə gətirdi. Bildirdi ki, şəhid ailələri və müharibə veteranlarının maddi-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə rayonumuzda xeyli işlər görülmüşdür. Belə ki, 1 ədəd 6 mərtəbəli 54 mənzilli, 2 ədəd 2 mərtəbəli 16 mənzilli, 1 ədəd 2 mərtəbəli 24 mənzilli binalar və 21 fərdi yaşayış evi tikilib şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təhvil verilmiş, 9 fərdi evin tikilməsi nəzərdə tutulmuşdur ki, bunlardan 4-nün açılışı olmuş, digər 5 evdə isə işlər davam etdirilir.
Rayon rəhbəri Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucovun, Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, İlqar Həsənovun şəhərin küçələrinə adlarının verilməsindən, qeyd olunan küçələrdə aparılan abadlıq işlərindən, küçələrin girişində onların baralyeflərinin hazırlanıb qoyulmasından da danışdı.
Tədbirdə iştirak edən Tərtər batalyonunun keçmiş qərargah rəisi, II qrup Qarabağ Müharibəsi əlili, Şahlar Allahverdiyevin döyüş yoldaşı Pənah Məmmədov, “Azərbaycan Bayrağı” ordenli, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri, döyüş yoldaşı Nizami Heydərov, Şəki şəhərindən gəlmiş şəhidin döyüş yoldaşları Aydın Paşayev və Maqsud Məmmədov, döyüş yoldaşı, həmkəndlisi İsgəndər Cuquyev, şəhidin qardaşı Niyaz Allahverdiyev torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən mərd oğullara, onların ailələrinə göstərilən diqqət və qayğıdan danışmışlar.
Şahlar Allahverdiyevin atası Mənsim Allahverdiyev şəhidin xatirəsinə göstərdikləri ehtirama görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də rayon rəhbərinə minnətdarlığını bildirmişdi.
Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Şahlar Allahverdiyevin atası şəhidin barelyefinin üzərindən ağ örtüyü götürmüşlər.
Bolgexeber.com