BolgeXeber.Com » Gündəm » Mingəçevirdə şəhidlərin xatirəsinə həsr edilmiş "əlüzyuyan" VİDEO

Mingəçevirdə şəhidlərin xatirəsinə həsr edilmiş "əlüzyuyan" VİDEO

16-07-2016, 11:28
Oxunub: 3 991 Mingəçevirdə şəhidlərin xatirəsinə həsr edilmiş "əlüzyuyan" VİDEOMingəçevir şəhərində şəhidlərlə bağlı növbəti biabırçılıq yaşanmaqdadır

BTV bildirir ki,şəhərin 20 yanvar küçəsi 15 ünvanındakı ehsan bulağı yararsız vəziyyətdədir. Su ilə əhatə olunmuş şəhərin Şəhidlər Xiyabanı ilə üzbəüz yerləşən xatirə bulağı sözün əsl mənasında əlüzyuyanın ümidinə qalıb. Belə ki, şəhər icra hakimiyyətinin məsələyə bağlı heç bir tədbir görmədiyi üçün sakinlər məcbur qalıb bu yola əl atıblar.Xatirə lövhəsinin Kiril əlifbası ilə yazılmasından da göründüyü kimi, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi üçün tikilmiş bu balaca anım bulağı köhnə əlifbanın aktual olduğu dövrdən bu yana baxımsızlıq içindədir.

Məsələ ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətindən münasibət öyrəndik...Məlum oldu ki,Mİngəçevir şəhər İcra Hkimiyyəti ümümiyyətlə belə bir bulağın var olmasından belə bixəbərdir.Onlar bizim üçün canlarından keçib biz isə onların xatirəsi üçün yaradılmış bir bulağa belə sahib çıxa bilmirik.Həqiqətən də çox utancverici bir mənzərədir.
Bolgexeber.com