Pərvin "çörək kəsdiyi" Nihan haqda: "Onun adı it dəftərində də yox idi" - FOTO
18-07-2016, 11:10
Oxunub: 6 862
Aktrisa Pərvin Abiyeva ötən gün toy məclslərindən birində çəkilən fotosunu paylaşıb
Big.az xəbər verir ki, P.Abiyevanın yarıqlı ağ libası müzakirələrə yol açıb.
İzləyiciləri aktrisanı türkiyəli aktrisa Neslihan Atagülün gəlinliyindən geyindiyi üçün "ağ yuyub, qara səriblər". "O gəlin idi, geyinmişdi, bəs sənə nə olub?" deyən izləyicisi isə aktrisanı əməlli-başlı əsəbləşdirib.
Aktrisa yazılanlara belə cavab verib:
"O zəif gözlərini aç, diqqətlə bax. Mən bu paltarı alanda 3 il bundan öncə Neslihanın adı it dəftərində də yox idi. Odur ki, düşüncəsiz danışmadan öncə diqqətli ol. Mən kiminsə toyuna belə geyinirəmsə, Neslihan öz toyuna geyinir. Yəqin ki, tutdun nə demək istədiyimi. Belə də ki, xoşun gəlmir, xoş getdin. Mən həmişə özümə məxsus olmuşam. Heç kimi təkrarlamıram. Çünki mən Pərvinəm".
Qeyd edək ki, Pərvin Abıyeva bir neçə həftə öncə türk aktrisaları ilə görüşüb, yemək yeyib. Aktrisamız "Kara sevda" serialında Nihan obrazı ilə gündəmdə olan Neslihan Atagül və "Kış günəşi" serialında rol alan Başak Parlak ilə şəkil çəkdirərək sosial şəbəkədə paylaşıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər